True History of the Kelly Gang’dan İlk Treyler Yayımlandı!

30 Noyabr, 2019

Macbeth ilə uğur qazanan Castin Kurzelin (Justin Kurzel) yeni filmi True History of the Kelly Gang’dən ilk treyler yayımlandı. Baş rollarını George MacKay, Rassel Krou (Russell Crowe), Charlie HunnamNikolas Holtun (Nicholas Hoult) üstləndiyi filmin, 20 mart 2020-ci ildə premyerası olacaq. Kann Film Festivalından mükafatla qayıdan ilk uzunmetraj filmi Snowtown ilə diqqətləri üstünə çəkdikdən sonra 2015-ci ildə Macbeth ilə təsir edici bir adaptasiyaya imza atan Castin Kurzelin (Justin Kurzel), xəyal qırıqlığı yaradan Assassin’s Creed filmindən üç il sonra yeni filmiylə kinoteatrlara geri qayıtdı. Avstraliyalı rejissorun öz ölkəsində çəkdiyi True History of the Kelly Gang, dünya premyerasını sentyabr ayında təşkil edilən 44-cü Toronto Film Festivalında edib.



Castin Kurzelin (Justin Kurzel) yeni filmi adından da bilindiyi kimi Ned Kelly və dəstəsinin hekayəsini mövzu götürür. Peter Carey‘nin romanından adaptasiya olunan True History of the Kelly Gang, izləyiciləri 1870-ci illərin Avstraliyasına aparır və uzun müddətdən qanundan qaçmağı bacaran Ned Kelly və dəstəsinin hekayəsini danışır. Torontoda gözlənildiyi qədər böyük bir təsir yaratmamış olsa da bəyənilən filmin ssenarisini SnowtownBerlin Syndrome kimi proyektləri ilə tanınan Shaun Grant qələmə alıb. True History of the Kelly Gang-in, 20 mart 2020-ci ildə premyerası olacaq.



Filmdə Ned Kelly’ə 11.22.63 və Captain Fantastic kimi proyektlərlə tanınan, bu il isə Sem Mendes (Sam Mendes) imzalı 19117 ilə adından təriflə söz etdirən George MacKay həyat verir. Aktyor heyətində MacKay’a Rassel Krou (Russell Crowe), Çarli Hannem (Charlie Hunnam), Nikolas Holt (Nicholas Hoult), Essi Devis (Essie Davis), Thomasin McKenzie kimi önəmli adlar iştirak edir. Bundan əlavə qısa müddət əvvəl The Lord of the Rings serialında rol alacağı açıqlanan Markella Kavenagh da filmin aktyor heyətində yer alır. ABŞ və Birləşmiş Krallıqda gələn ilin ilk aylarında premyerası olacaq film üçün tanıtım işlərinə sürət verən Memento Films, filmdən ilk treyleri yayımladı. Yayımlanan bu yeni treyler, olduqca fərqli bir Macbeth adaptasiyasına imza atan Castin Kurzelin (Justin Kurzel) Ned Kelly’nin hekayəsini böyük ekrana adaptasiya edərkən də alışılmış westernler‘dən fərqli bir yol getdiyini göstərir. İstər Castin Kurzelin (Justin Kurzel) imzası daşıması, lazım olsa bir araya gətirdiyi zəngin aktyor heyəti ilə maraq oyandıran True History of the Kelly Gang, 20 mart 2020-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər