Semüel L.Ceksonlu "The Banker"in İlk Treyleri Çıxdı!

07 Noyabr, 2019


Semüel L. Cekson (Samuel L. Jackson), Entoni Maki (Anthony Mackie) və  Nikolas Holtun (Nicholas Hoult) baş rollarını üstləndiyi The Banker’dan ilk treyler yayımlandı. Corc Norfinin (George Nolfi) rejissoru olduğu film, yanvar ayında Apple TV+’da yayımlanacaq.

Son dövrdə olduqca izdihamlaşan rəqəmsal platforma sahəsinə yönələn nəhəng şirkətlərin başında gələn Apple, yeni rəqəmsal platforma Apple TV+‘ı 1 noyabrda açdı. See, The Morning Show, DickinsonFor All Mankind kimi serialları izləyicilərin ixtiyarına verən Apple TV+, qarşıdakı günlərdə bir çox serial və filmə ev sahibliyi edəcək. Apple’ın rəqəmsal platformasında izləyicilərin ixtiyarına veriləcək filmlərdən biri də Apple’ın ilk orijinal filmlərindən biri olan The Banker olacaq.

Картинки по запросу ‘The Banker’ Trailer: Samuel L. Jackson and Anthony Mackie Lead Apple Original Movie

"Gerçəkliyi dəyişənlər" (The Adjustment Bureau) və "Brüs Li: Əjdahanın doğuluşu" (Birth of the Dragon) filmləriylə tanınan Corc Nolfinin (George Nolfi) rejissoru olduğu, eyni zamanda ssenaristləri arasında yer aldığı The Banker, Amerikadaki ilk Afro-Amerikan bankçıları arasında yer alan Joe MorrisBernard Garrett’ın gerçək həyat hekayələrini ekranlara gətirəcək.

Filmdə Joe Morris’e peşəkar aktyor Semüel L. Cekson (Samuel L. Jackson) həyat verərkən, Bernard Garrett’ı son dövrdə Marvel Film Kainatındakı Falcon rolu ilə adını eşitdirən Entoni Maki (Anthony Mackie) canlandırır. Filmin baş rollarında bu iki adla yanaşı, bu il "X-adamalar: Qara simurq" (Dark Phoenix) və Tolkien ilə filmsevərlərin qarşısına çıxan Nikolas Holt (Nicholas Hoult) iştirak edir. Aktyor heyətində bu üç aktyordan başqa Cessi Aşer (Jessie T. Usher), Nia Lonq (Nia Long), Colm Meaney, Pol Ben-Viktor (Paul Ben-Victor) kimi adlar yer alır.



1960-cı illərdə Amerika xəyalı arxasınca qaçan iki sahibkar olan Joe MorrisBernard Garrett, bankçılıq və əmlak sahəsində fəaliyyət göstərən nəhəng bir şirkət qurma yolunda sürətlə irəliləyən, irqçiliyin qarşılarını kəsməməsi üçün çarəyi fəhlə sinfindən olan ağ dərili bir adamı işə götürür. Bu gənc adam şirkətin simasına çevrilərkən, MorrisGarrett Amerikadakı zəncilərin də banklardan ev krediti almalarını mümkün vəziyyətə gətirən imperatorluqlarını qurmağa davam edirlər.

Romulus Entertainment tərəfindən böyük studiyalardan asılı olmadan çəkilən The Banker, iyul ayında Apple tərəfından satın alınmışdı. 6 dekabrda ABŞ-da az sayda kinoteatr zallarında göstəriləcək film, yanvar ayında Apple TV+’də ekranlara çıxacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər