Pol Ben-Viktor

Pol Ben-Viktor

Aktyor

BİOQRAFİYA

Pol “Ben-Viktor” Fridman – amerikalı prodüser, ssenarist və kino-televiziya aktyorudur. Daha çox “Gözəgörünməz” elmi-fantastik teleserialında Bobbi Hobbs rolu ilə məşhurlaşıb. Kino və seriallarda başlıca olaraq ikinci dərəcəli filmlərə çəkilib. Pol Fridman və Liya Korfnfildin oğludur. Televiziyada ilk dəfə 1987-ci ildə “Qan bağları: Mafioz arvadının hekayəsi” serialında debüt edib. Uşaqlığından bəri Marlon Brando və Çarli Çaplinin filmlərindən ilhamlanıb, həmçinin tanınmış “Bitlz” rok-qrupunun pərəstişkarı olub, Van Qoqun rəsmlərini sevib. Bütün bunlar onun yaradıcılıq yolunda öz izini qoyub. Ben-Viktor amerikanın əksər  populyar “polis” dramlarına, Xəfiyyə Monk və “C.S.I: Cinayət yeri” seriallarına çəkilib. “Nyu-York polisi” teleserialının üç epizodunda ikinci dərəcəli, Stiv Riçards rolunu oynayıb. Pol anası ilə birlikdə “Club Soda” və “The Good Steno” teatr tamaşalarının həmmüəllifi olub. Ben-Viktor və Vinsent Ventreska “Hörümçək-adam” serialında baş rolu oynayıblar. Aktyor Santa-Monika şəhərində yaşayır. Onun Stüart adlı qardaşı və Süzan adlı bacısı var. 2009-cu ildə Culiya Ostin Felderlə evlənib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Paul_Ben-Victor

 

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç