Cessi Aşer

Cessi Aşer

Aktyor, prodüser, ssenarist

BİOQRAFİYA

Cessi Aşer – amerikalı kino və televiziya aktyorudur. Daha çox “Müstəqillik günü 2” fantastik dramında  və “Sağ qalmışın tövbəsi” serialında oynadığı rollarla tanınır. Cessi Aşer 29 fevral 1992-ci ildə ABŞ-ın Merilend ştatında anadan olub. Məktəbi yüksək qiymətlərlə bitirib. Kollecdə kulinariya sənətini öyrənib, tələbə olan vaxt “Alfa, Qamma, Siqma” qardaşlığının üzvü olub. 2003-cü ildə aktyor ailəsi ilə birlikdə Los-Ancelesə köçüb. Uşaqlığından aktyorluq sənətinə rəğbət bəsləyib. Yeniyetməlik illərində teledebütü baş tutub. Onu “İzsiz”, “Rəqəmlər”, “Cinayətkar kimi düşünmək”, “Hanna Montana” və “Mentalist” kimi populyar seriallara qonaq rollara dəvət ediblər. İlk əlamətdar rolunu “Səviyyəni qaldır” teleserialında (2011) oynayıb (Layl Haqqinson). 2014-cü ildə “Sağqalmışın tövbəsi” komediya-melodram serialında idmançı Kem Kellouey rolunu ifa edib. Həmin rol onu Amerika məkanında populyarlaşdırıb. 2016-cı ildə rejissor Roland Emmerixin “Müstəqillik günü 2” filmində rol alıb. Çəkiliş meydanında tərəf-müqabilləri Liam Hemsvort və Ceff Qoldblüm kimi tanınmış aktyorlar olub. 2019-cu ildə “Şaft” filminin remeykində baş rollardan birinə çəkilib.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/jessie_t._usher/

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç