Al Paçino və Lermanlı "Ov"dan Tanıtım Treyleri Yayımlandı!

06 Noyabr, 2019


Al Paçino (Al Pacino) və Loqan Lermanın (Logan Lerman) Nasist ovçularını canlandırdığı Amazon serialı "Ov"dan (Hunters) ilk tanıtım treyleri yayımlandı. Cordan Pilin (Jordan Peele) prodüseri olduğu serial, gələn il izləyicilərin ixtiyarına veriləcək. Orijinal seriallarının sayını sürətlə artırmağa davam edən Amazon, diqqət çəkici proyektlərinə yenisini əlavə edir. İstər kamera arxasında, istərsə kamera önündə yer alan adlarla hazırlıq mərhələsində ən həyəcan verici seriallardan biri olan "Ov" (Hunters), gələn il Amazon Prime Video’da izləyici ilə görüşəcək.

Rədd ol (Get Out) və Us ilə adından təriflə söz etdirən Cordan Pilin (Jordan Peele) prodüserliyini üstləndiyi "Ov" (Hunters), izləyiciləri 1977-ci illərin Nyu-Yorkuna aparır və Amerikada yüzlərcə Nasistin yaşadığını kəşf edən və Nasistlərin yeni bir soyqırım planı hazırladıqlarına inanan bir qrup Nasist hekayəsindən bəhs edir.

Картинки по запросу Al Pacino Is Hunting Nazis in First Teaser for Amazon Series ‘Hunters’

Al Paçino (Al Pacino) və Loqan Lermanlı (Logan Lerman) "Ov" (Hunters), gələn il izləyicilərin qarşısına çıxacaq. "Ov"un (Hunters) baş rollarında bu il “İrlandiyalı” (The Irishman) ilə yenidən haqqında danışılan peşəkar aktyor Al Paçino (Al Pacino) ilə The Perks of Being a Wallflower və "Qəzəb" (Fury) kimi filmlərlə tanınan Loqan Lerman (Logan Lerman) yer alır. "Ov" (Hunters), daha əvvəl mini serial Angels in America’da rol alan Al Paçinonun (Al Pacino) ilk uzunmetrajlı serial proyekti olma xüsusiyyətini daşıyır.

Loqan Lerman (Logan Lerman), serialda nənəsini öldürən adamları tapmağa çalışarkən Nasist ovçularına qatılan Jonah Heidelbaum xarakterinə həyat verir. Paçino isə onun məsləhətçisini canlandırır.



Serialın aktyor heyətində PaçinoLermanla yanaşı Jerrika Hinton, Josh Radnor, Kate Mulvany, Tiffany Boone, Greg Austin, Louis Ozawa Changchien, Carol Kane, Saul Rubinek, Dylan BakerLena Olin iştirak edir.

David Weil‘ın yaradıcısı olduğu serialın ilk seriyasını Me, Earl and the Dying Girl ilə diqqət çəkən, bu il isə The Current War ilə filmsevərlərin qarşısına çıxan Alfonso Gomez-Rejon rejissoru oldu. Yayımlanan bu ilk tanıtım treyleri serialın gələn il izləyicilərin ixtiyarına veriləcəyini göstərir. Ancaq serial üçün hələ dəqiq bir yayım tarixi açıqlanmayıb.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər