Lena Olin
Aktrisa
Lena Mariya Yonna Olin 22 mart 1955-ci ildə İsveçin Stokholm şəhərində anadan olub. Atası Stiq Olin aktyor, anası Britta Holmberq teatr aktrisası olub. Sənətçi ailəsində böyümüş Lena uşaq yaşlarından dram sənətinə maraq göstərməyə başlayıb. Məktəbi bitirdikdən sonra xəstəxanada tibb bacısı və məktəbdə əvəzləyici müəllim vəzifələrində işləyib. Ailənin dostu İnqmar Berqman ona dram məktəbinə daxil olmağı məsləhət bilib. Həmin il Stokholm Kral Dram Teatrına daxil ola bilmiş yeganə tələbə olub və qısa zaman ərzində yüksələn ulduza çevrilib. 1974-cü ilin oktyabr ayında Helsinkidə keçirilən “Miss Skandinaviya 1975” müsabiqəsinin qalibi olub. 70-ci illərin sonlarından etibarən İsveç filmlərinə çəkilməyə başlayıb. 1980-ci ildə İnqmar Berqman adına mükafat alan ilk aktrisalardan olub. Fillip Kaufmanın “Yaşayışın dözülməz asanlığı” (1988) filmində yaratdığı sirli və açıq aşkar azad intim həyat yaşayan qadın obrazı ilə bir il sonra “Qızıl Qlobus” mükafatına namizəd olub. Rejissor Pol Mazurskinin “Düşmənlər: Bir sevgi hekayəsi” filmində oynadığı rola görə “Oskar” mükafatına namizəd olub. Həmçinin karyerasının uğurlu rolları sırasında rejissor Sidney Pollakın “Havana” (1990) filmində oynadığı rolu da misal göstərmək olar. 2001-ci ildə “Şokolad” filmində oynadığı ikinci plan roluna görə BAFTA mükafatına namizəd olub. 2003-cü ildə isə “Casus qadın” serialındakı yüksək performansı ona “Emmi” nominasiyasını qazandırıb. 1990-cı ildə “Düşmənlər: Bir sevgi hekayəsi” adlı filmdə oynadığı ikinci plan roluna görə “Oskar” mükafatına namizəd olub. Şəxsi həyatına gəlincə ilk həyat yoldaşı Oryan Ramberqdən Ogüst adlı oğlu var. 1994-cü ildə kinorejissor Lass Hallströmlə evlidir. Onların 1995-ci il təvəllüdlü qızı var. Hazırda Nyu-Yorkda yaşayırlar.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9E%D0%BB%D0%B8%D0%BD,_%D0%9B%D0%B5%D0%BD%D0%B0