Aytekin Ataş

Aytekin Ataş

Bəstəkar

BİOQRAFİYA

Aytekin Ataş – türkiyəli bəstəkardır. 12 mart 1978-ci ildə Türkiyənin Adana şəhərində anadan olub. İstanbul Universitetinin dramaturgiya və teatr tənqidi fakültəsini bitirib. Daha sonra Bosfor Universitetində folklor musiqi fakültəsində ali təhsil alıb. Tələbə olduğu illərdə ona "Suskunlar” serialı üçün soundtrek yazmağı təklif edirlər. “Yollar nereye götürecek seni” adlı həmin mahnı Türkiyə musiqisində bir “partlayışa” səbəb olur və musiqi tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib. Çoxları bilmirdi ki, həmin soundtreki məhz Aytekin Ataşın özü ifa edib. Serialın uğurundan sonra prodüser Timur Savcı ilə əməkdaşlığa başlayıb. İlk əməkdaşlıq “Möhteşem yüz yıl” adlı populyar Türkiyə tarixi dramında baş tutub. 2006-cı ildən kino və seriallara soundtrek və mahnılar yazır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

http://tvnovella.net/zvezdy-serialov/sozdateli/ajtekin-atash-aytekin-ata 

 

FİLMOQRAFİYA
Bəstəkar
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç