Cordan Pil
Aktyor, rejissor, ssenarist, prodüser
Cordan Pil 21 fevral 1979-cu ildə Nyu-Yorkda (ABŞ) anadan olub. Pili ağdərili anası Lüsinda Uilyams təkbaşına böyüdüb. Kalxun orta məktəbində oxuyub, daha sonra Manhettendə Sara Lourens kollecinə daxil olub. Kollecdəki otaq yoldaşı Rebekka Drisdeyllə komediya dueti formalaşdırmaq üçün təhsili yarımçıq buraxıb (Drisdeyl sonradan onun ən uğurlu layihələrindən olan “Key və Pil” skeç-şousunun ssenaristi olub). Comedy Central kanalında yayımlanan “Key və Pil” sket-şousu və yumoristik “Mad TV” şousu hesabına şöhrət qazanıb. 2014-cü ildə 96-cı ilin eyniadlı blokbasterinin motivləri əsasında çəkilmiş “Farqo” teleserialının birinci mövsümündə Federal Təhqiqatlar Bürosunun qorxaq və astagəl agenti rolunu oynayır. Karyerasında dönüş nöqtəsi 2017-ci ildəki ilk solo rejissor işi sayılan “Rədd ol!” trilleri olub. Film tənqidçilərin müsbət rəyini qazanıb, həmçinin prokatlarda ən çox gəlir əldə edən filmlərdən olub. Bir çox beynəlxalq mükafatlara, o cümlədən ən yaxşı ssenariyə görə “Oskar” mükafatına layiq görülüb. Sözügedən film eyni zamanda "ən yaxşı film" və "ən yaxşı rejissor" işinə görə “Oskar”a namizəd olub. 2010-cu ildə Pil Fox telekanalının pilot komediyası olan “Stansiya” filminə çəkilir. Dostu və tərəf-müqabili Kiqan Maykl Keylə 2012-2015-ci illərdə yayımlanan “Key və Pil” adlı skeç-şounu yaradırlar. Ən uğurlu işi “Rədd ol!” filmi sayılır. Rotten Tomatoes saytında 99 faiz reytinq qazanıb. “Time” jurnalı trilleri ilin ən yaxşı 10 filminin siyahısına daxil edib. “The Atlantic” isə filmi şedevr adlandırıb. 2019-cu ildə "Biz" (Us) adlı psixoloji/mistik trilleri böyük ekranlara yol tapıb. Ekran əsəri 2010-ların ən qorxulu filmlərindən hesab olunur.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jordan_Peele