Rivz, Raytın "The Batman"də Oynayacağını Təsdiqlədi

02 Noyabr, 2019


Robert Pattinson’un baş rolunu üstləndiyi The Batman’i yazıb, rejissoru olacağı Mett Rivz (Matt Reeves), filmdə Komisar Gordon’ı Ceffri Raytın (Jeffrey Wright) canlandıracağı yönündəki xəbərləri doğruladı.

Cloverfield, Let Me In"Meymunlar planeti: Müharibə" (War for the Planet of the Apes) kimi filmlərlə tanınan Mett Rivzin (Matt Reeves) yazıb, rejissoru olacağı son illərdə diqqət çəkici performanslara imza atan Robert Pattinson‘un baş rolunu üstlənəcəyi yeni Batman filmi üçün hazırlıqların sürət qazanması ilə birlikdə aktyor heyətində Pattinson’la yanaşı digər adlar da dəqiqlik qazanmağa başlayır.

Картинки по запросу ‘The Batman’ Director Matt Reeves Confirms Jeffrey Wright as Commissioner Gordon

Ötən günlərdə filmdə Catwoman’ı canlandırması üçün Zoi Kravitslə (Zoë Kravitz) razılaşılmış, qısa müddət sonra da Batman kimokslərinin ən önəmli mənfi xarakterləri arasında yer alan The Riddler’ı Pol Danonun (Paul Dano) canlandıracağı eşidilmişdi. Bu arada ortaya çıxan bir digər xəbər də Komisar Gordon’a həyat verməsi üçün Ceffri Raytla (Jeffrey Wright) görüşüldüyü idi. KravitsDano’nun filmdə rol alacağı rəsmi olaraq açıqlanarkən, Raytın filmdəki rolu hələ rəsmi olaraq eşidilməmişdi. Ancaq gözlənilən açıqlama Matt Reeves’dən gəldi. Raytın filmdə rol alacağını doğrulayan Rivz, eyni zamanda peşəkar aktyorun Komisar Gordon’a həyat verəcəyini də açıqladı.

Картинки по запросу ‘The Batman’ Director Matt Reeves

Kristofer Nolanın (Christopher Nolan) The Dark Knight üçləməsinde bu xaraktiri peşəkar aktyor Qari Oldmen (Gary Oldman) canlandırarkən, DC film kainatında C.K. Simmons (J.K. Simmons) Komisar Gordon rolu ilə qarşımıza çıxmışdı. Robert Pattinson’lu The Batman, 25 iyun 2021-ci ildə premyerası olacaq.

Mett Rivzin (Matt Reeves) ifadəsilə “noir bir Batman hekayəsi danışacaq” və sevilən qəhrəmanın detektiv tərəfinə yönələcək The Batman’də birdən çox mənfi xarakterin yer alması gözlənilir. Bu ana qədər gələn məlumatlara baxılarsa The RiddlerCatwoman’la yanaşı Penguin də filmdə qarşımıza çıxacaq ikonik xarakterlər arasında yer alacaq. Batman ForeverSpider-Man 3 kimi çox sayda mənfi xarakterin yer aldığı filmlərin xəyal qırıqlığına dönməsi bu qədər çox mənfi xarakteri tək bir filmə sıxışdırma fikrinin çox yaxşı nəticə vermədiyi yönündə fikirlər yaratmış olsa da, The Batman haqqında bu ana qədər eşitdiklərimiz filmə bu problemin çox da təsir etməyəcəyini düşündürür. Yəni Mett Rivzin (Matt Reeves) bu xarakterlərdən birini - bu ana qədər gələn məlumatlara görə bu xarakter Riddler olacaq - ön plana çıxarıb, digər adları fərqli xarakterlər tərəfindən məskən tutulan, yaşayan bir Gotham inşa etmək üçün istifadə etməsi və beləcə davam filmləri üçün də sağlam təməllər atması mümkündür.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər