Sem Mendesin "1917" Filmindən Yeni Treyler Yayımlandı!

08 Oktyabr, 2019


Sem Mendesin (Sam Mendes) başdan sona tek bir plan ardıcıllıq kimi görünəcək şəkildə çəkdiyi I Dünya müharibəsi filmi “1917”dən yeni treyler yayımlandı. Benedikt Kamberbetç (Benedict Cumberbatch), Kolin Fört (Colin Firth) və Mark Stronqun (Mark Strong) aktyor heyətində yer aldığı filmin, 10 yanvar 2020-ci ildə premyerası olacaq.

1999-cu il istehsalı American Beauty ilə film dünyasına möhtəşəm bir giriş etdikdən sonra Road to Perdition, Revolutionary RoadSkayfoll (Skyfall) kimi bəyənilən filmlərə imza atan Sem Mendes (Sam Mendes), bu il yeni filmi “1917” ilə adını eşitdirməyə hazırlanır. İzləyiciləri I Dünya müharibəsi dövrünə aparacaq filmin, istər Sem Mendes (Sam Mendes) imzası daşıması, istərsə başdan sona tək bir plan ardıcıllığı kimi görünəcək şəkildə çəkilməsi ilə bu ilin ən həyəcan verici proyektləri arasında yer alır.

Картинки по запросу See the Brutality of War in New Trailer for Sam Mendes’ ‘1917’

"1917", SchofieldBlake adlı iki ingilis əsgərinin I Dünya müharibəindəki bir gününü və müharibə zamanında yaşadıqlarını mövzu götürür. Zamana qarşı yarışan ikili, yüzlərcə əsgərin həyatını qurtarmaq üçün çətin bir tapşırığa çıxmaq məcburiyyətində qalacaq və düşməndən gələcək hücumu dayandırmaq üçün özlərini ölümcül bir müharibənin içərisinə atacaq.

İzləyicilərin savaşı bu əsgərlərin gözündən görə bilmələri üçün filmi plan sekans gibi görünəcək şəkildə çəkən və beləcə hekayəyi gerçək zamanlı olaraq irəlilədən Mendes, bu çətin tapşırığın altından qalxa bilmək üçün film tarixinin ən yaxşı görüntü rejissorlarından Rocer Dikinsi (Roger Deakins) yanına gətirir. Daha əvvəl Skayfollda (Skyfall) birlikdə işləyən və görüntü olaraq təsir edici bir işə imza atan ikili, “1917”də də çox danışılacaq bir iş ortaya çıxaracaq kimi görünür.

Картинки по запросу See the Brutality of War in New Trailer for Sam Mendes’ ‘1917’

Universal tərəfindən yayımlanan yeni treyler film üçün həyəcanımızı daha da artıran, Rocer Dikinsin (Roger Deakins) bu filmlə bir dəfə daha “Oskar” yarışında adından söz etdirəcəyini göstərdi.

Stiven Spilberqin (Steven Spielberg) sahibi olduğu Amblin Entertainment’in prodüserliyini üstləndiyi filmin ssenarisini Sem Mendes (Sam Mendes), Penny Dreadful’un ssenaristlərindən Krysty Wilson-Cairns ilə birlikdə qələmə aldı. Filmin quruluşunu isə Kristofer Nolan (Christopher Nolan) filmlərinin quruluşçusu olaraq tanınan Lee Smith edir. "Betmən başlayır"dan (Batman Begins) bəri bütün Nolan filmlərinin quruluşunu edən və Dunkirk ilə “Oskar” qazanan Smith, bu filmin quruluşunu etmək üçün Nolanın yeni filmi Tenet‘ta yer almadı.

Kamera arxasında bir araya gətirdiyi komanda ilə həyəcan yaradan filmin aktyor heyətində də önəmli adlar yer alır. Hekayənin mərkəzində yer alan iki ingilis əsgərini, PrideCaptain Fantastic kimi filmlərlə tanınan George MacKay ilə Game of Thrones serialındakı Tommen Baratheon rolu ilə tanınan Dean-Charles Chapman canlandırır. Aktyor heyətində bu iki adla yanaşı Benedikt Kamberbetç (Benedict Cumberbatch), Kolin Fört (Colin Firth), Mark Stronq (Mark Strong), Andrew ScottRiçard Medden (Richard Madden) iştirak edir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər