Rayan Reynoldslu "6 Underground"dun İlk Treyleri Çıxdı!

03 Oktyabr, 2019


Baş rolunda Rayan Reynoldsun (Ryan Reynolds) yer aldığı, "Dedpul"un (Deadpool) ssenaristləri Rett Riz (Rhett Reese) və Pol Vernikin (Paul Wernick) ssenarisini yazdığı, Maykl Bey (Michael Bay) imzalı Netflix filmi 6 Underground’dan ilk treyler yayımlandı.

Karyerasını kəskin filmlərlə formalaşdıran Maykl Bey (Michael Bay), Armageddon, "Qaya" (The Rock) kimi 90-cı illərin sevilən kəskin janrlı filmlərinə imza atmış olmasına rəğmən sonrakı illərdə Transformers seriyası ilə ön plana çıxdı. Her yeni çıxan filmlə keyfiyyəti getdikcə düşən Transformers seriyası, seriya istehsalının əsiri olmuş və sadəcə kassa gəliri mənasında uğur əldə etmişdi. Beləliklə bu vəziyyət, Maykl Beyin (Michael Bay) karyerasında sanki durğunluq yaratdı. Ən son seriyanın beşinci filmi Transformers: The Last Knight’ı çəkən Maykl Beyin (Michael Bay), Transformers seriyasından əlini çəkmiş kimi görünür.

Картинки по запросу ‘6 Underground’ Trailer Reveals Michael Bay’s Explosive Netflix Movie Starring Ryan Reynolds

Maykl Beyin (Michael Bay), rejissorluğunu üstləndiyi 6 Underground filmi üçün “Dedpul” (Deadpool) komandası ilə bir araya gəlir. 6 Underground’un ssenarisini “Dedpul”un (Deadpool) ssenaristləri Rett Riz (Rhett Reese) və Pol Vernik (Paul Wernick) qələmə alır. Filmin baş rolunda isə “Dedpul” (Deadpool) seriyası ilə karyerasında yüksəlişə keçən Rayan Reynolds (Ryan Reynolds) yer alır.



Rayan Reynoldsla (Ryan Reynolds) yanaşı filmdə Ben Hardy, Melani Loran (Mélanie Laurent), Deyv Franko (Dave Franco), Corey Hawkins, Sebastian Roché kimi adlar iştirak edir. Kəskin-qorxu janrındakı 6 Underground, adı çıxmış cinayətkarları tutmaq üçün seçilmiş bir killer komandası yaradıb, öz saxta ölümlərini təşkil edən altı milyarderin yaşadıqlarını mövzu götürür.

Mövzusu və ssenaristləri ilə həyəcanlandıran 6 Underground, 150 milyon dollarlıq büdcəsi ilə Netflix’in ən bahalı proyektlərindən biri olma özəlliyini daşıyır. 6 Underground, 13 dekabrda Netflix’də yayımlanacaq.




Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər