Melani Loran

Melani Loran

Aktrisa, rejissor, ssenarist

BİOQRAFİYA

Melani Loran 21 fevral 1983-cü ildə Parisdə (Fransa) yəhudi ailəsində anadan olub. Uşaqlıq illərini Parisin "9-cu dairə" adlanan ərazisində keçirib. Gənclik illərində kinematoqrafiya ilə maraqlanıb. Kinoda ilk rolunu "İki çay arasında körpü" filmində ifa edib. Melani Loran bu rolu "Asteriks və Obeliks Sezara qarşı" filminin çəkilişlərində təsadüfən tanış olduğu Jerar Depardyenin sayəsində əldə edə bilir. 1999-2009-cu illərdə 20 filmdə çəkilib. Melani Loran rejissor Filipp Liorenin "Narahat olma, mən yaxşıyam" filmində itmiş əkiz qardaşı üçün darıxan və buna görə ruh düşkünlüyünə məruz qalan 19 yaşlı qəhrəmanı canlandırıb. Bu rola görə aktrisa "Ən yaxşı ümidverici aktrisa" kimi "Sezar" mükafatına layiq görülüb. 2008-ci ildə Loran "Azdan daha aza doğru" (fr. De moins en moins) filminin ssenarisini yazır və onun rejissoru olur. Yeddi dəqiqəlik filmin məzmununu psixiatr və xəstənin ünsiyyəti təşkil edir. Bu film 61-ci Kann kinofestivalında "Ən yaxşı qısametrajlı film" nominasiyasında mükafata namizəd olub. 2008-ci ildə "Onun ayaqlarına doğru" adlanan erotik filmdə çəkilib. Bu film "Canal+" Fransa telekanalı vasitəsilə nümayiş olunub. Loran həmkarlarından biri - fransız aktyoru Jülyen Buasseye ilə uzun müddət münasibətdə olub. Aktrisa 2013-cü ildə ailə həyatı qurub. Onun ilk övladı - oğlu Leo 2013-cü ilin sentyabrında anadan olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Melani_Loran

FİLMOQRAFİYA
Rejissor
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç