Frensis Hammel – Dəniz Piyadaları korpusunun briqada generalıdır. Vyetnam və Birinci İraq Müharibəsi zamanı tabeliyində olan, müxtəlix məxfi tapşırıqlar yerinə yetirən 83 xüsustəyinatlı əsgərini itirib. Frensis ABŞ hökumətinin onların ailələrinə lazımınca qayğı göstərməməsindən və itkiyə görə təzminat ödəməməsindən hiddətlənib. Çoxsaylı müraciətlərinin cavabsız qalmasından sonra general ədaləti öz üzərinə götürməyi qərara alır və qəti ölçülər qəbul edir. Ona sadiq olan hərbçilərdən ibarət dəstə ilə “VX” adlı kimyəvi maddəni oğurlayaraq, bir qrup turisti girov götürür. Girovların sərbəst buraxılması və kimyəvi silahdan istifadə olunmaması müqabilində Federal hökumətdən 100 milyon dollar pul tələb edir. Pulların çox hissəsini müharibədə həlak olmuş insanların ailələrinə göndərmək, yerdə qalan hissəsini isə öz hərbçiləri arasında bölmək niyyətindədir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar