Devid Mors
Aktyor, rejissor
Devid Mors 11 oktyabr 1953-cü ildə Massaçusets ştatının Beverli şəhərçiyində (ABŞ) anadan olub. Onun atası Çarlz satış üzrə menecer, anası isə məktəbdə müəllimə idi. Devid özündən kiçik üç bacısı ilə öz doğma şəhərlərinə yaxın olan Hamiltonda böyüyürdü. Oğlan aktyor yaradıcılığına “William Esper Studio”da başlayıb. Onun karyerası yetmişinci illərdən başlanır: ilk zamanlar Devid Boston teatrının səhnəsində çıxış edirdi. Bir neçə il onu yalnız səhnə oyunu maraqlandırırdı. Lakin, vaxt keçərkən onun diqqətini qarışıq sahələr - kinematoqrafiya və televiziya çəkməyə başladı. Onun karyerasındakı ciddi sıçrayış 1982 ci ildə çıxan “Sent Elsver” tibbi çoxseriyalı dramından sonra olmuşdu. Mors həyat yoldaşını erkən itirmiş və azyaşlı uşaqla qalan gənc mütəxəssis doktor Cek obrazını yaratmışdı. Bu filmdən sonra isə o bir sıra ikinci planı rollara çəkilir. Aktyorun özu buna belə bir açıqlama verirdi ki, o qonorar dalınca qaçmır. Fərqli, bir-birinə oxşamayan rollarda çəkilmək istəyir. 1991-ci ildə Mors, ilk rejissor işi olan Şon Pennin filmində mərkəzdə olan qəhrəman rolunu, ardınca isə Stiven Kinqin üç ekran əsərində ("Lanqolyerlər" və "Yaşıi mil ") çəkilmişdi. 2002-ci ildə Çin rejissoru Çen Qofunun “İkili görmə” detektivində oynamış və buna qörə də “Golden Horse Awards” mükafatının “İkinci planın ən yaxşı aktyoru” kimi nominansiya alıb. 2007-ci ildə Mors “Paranoya” trillerinə çəkilmiş və tənqidçilərin fikrincə məhz onun mənalı oyununa görə film, bütün dərinliyi ilə əks olunmuşdu. 2006-cı ildə onunla “Taksi sürücüsü” telelayihəsində əməkdaşlıq edən Devid Şor zəng edib, “Doktor Xaus” filmində rol təklif edir. 2008-ci ildə aktyor “Con Adams” serialında Corc Vaşinqtonu oynamış, 2011 ci ildə isə Martin Donovanın "Əməkdaş” komediyasına görə Karlo Vara kinofestivalında mükafata layiq görülmüşdü. 2013-cü ildə isə Mors, qorxu apokalipsis janrında çəkilmiş Mark Fosterin «Dünya müharibələri Z» filmində çəkilib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%BE%D1%80%D...