Con MakGinli

Con MakGinli

Aktyor, prodüser

BİOQRAFİYA

Con Kristofer MakGinli 3 avqust 1959-cu ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Nyu-Cersi ştatının Millburn şəhərində boya-başa çatıb. Uşaqlığından aktyor olmağı arzulayıb. Onu aktyor olaraq rejissor Oliver Stounun kastinq meneceri “Danni və dərin mavi dəniz” tamaşasında kəşf edib. Həmin tamaşada Con Turturronun dublyoru olaraq rol almışdı. Menecerlər onun oyunundan o qədər zövq alırlar ki, Stouna məhz onu çəkilişlərə cəlb etməyi tövsiyə edirlər. Oliver Stoun “Bölük” adlı hərbi filmində gənc Cona kiçik rol həvalə edir. Ancaq aktyorun bəxti bu dəfə də işləyir. Çəkilişin əvvəllərində baş rollardan birini ifa edən Con Spenser layihədən uzaqlaşır və MakGinli dərhal onun yerini tutur. MakGinli 60-dan çox bədii film və seriala çəkilib. “Xəstəxana”, “Təcrübə” və “Freyzer” kimi seriallarda müxtəlif rollar alıb. NBC telekanalında yayımlanan “Xəstəxana” komediya serialında həkim Perri Koks rolu ilə məşhurlaşıb. Kinoda daha çox ikinci dərəcəli antaqonist rollara dəvət alır. Rejissor Oliver Stoun öz çəkdiyi filmlərdə ona tez-tez rol verir (azı 6 filminə çəkilib). Aktyorluqdan savayı yazıçı və prodüser kimi də fəaliyyət göstərir. 1997-ci ilin fevral ayında MakGinli Loren Lambertlə evlənib. Bu izdivacdan doğulmuş oğlu Maks “Daun” sindromundan əziyyət çəkir. 2001-ci ildə Lambert və MakGinli boşansalar da, 2002-ci ildə Con iParenting.com saytının versiyasına görə “Ayın ən yaxşı atası” elan edilib. 2006-cı ildə yoqa təlimatçısı Nikol Kesslerlə nişanlanıb. Cütlük bir il sonra evdə keçirilən toy mərasimində münasibətlərini rəsmiləşdirib. 2 fevral 2008-ci ildə onların Billi Qreys adlı qızı dünyaya gəlib. İki il sonra isə ikinci dəfə qız atası olub. Keyt Alina adlı qızı anadan olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/John_C._McGinley

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç