Şon Konneri

Şon Konneri

Aktyor

BİOQRAFİYA

Ser Tomas Şon Konneri 25 avqust 1930-cü ildə Edinburqda (Şotlandiya) doğulub. "Oskar" (1988), BAFTA (1988, 1990) və "Qızıl Qlobus" (1972, 1988) mükafatlarının laureatıdır. 70-dən artıq kinofilmdə rol almış, həmçinin 1962-1983-cü illərdə Yan Fleminqin ekranlaşdırılmış əsərlərindən - Ceyms Bond haqqında yeddi filmdə çəkilib. 1988-ci ildə "Toxunulmazlar" filmindəki roluna görə "Ən yaxşı ikinci plan aktyoru" nominasiyasında "Oskar" mükafatına layiq görülüb. 1991-ci ildə ona Fransanın Fəxri Legion Ordeninin komandor dərəcəsi, 2000-ci ilin iyulunda isə kraliça II Elizabet tərəfindən cəngavər dərəcəsi və "ser" titulu verilib. Şəxsi həyatına gəlincə Dayan Silento adlı avstraliyalı aktrisa ilə 6 il (1962-1973) nikahda olub. Həmin nikahdan kinoda kifayət qədər uğur qazanmış 1963-cü il təvəllüdlü Ceyson Konneri adlı aktyor oğlu var. 1997-ci ilin iyun ayında Deşill Kuin Konneri adlı nəvəsi dünyaya gəlib. Konnerinin ikinci həyat yoldaşı Mərakeşdə doğulmuş fransız rəssam Mişelin Rokbrün olub. Cütlük 6 may 1975-ci ildə evlənib. Nikahdan övladları olmayıb. Mişelin həyat yoldaşından bir yaş böyükdür. Konnerinin əsas hobbisi qolfdur. Fransanın cənubunda bu əyləncəsi üçün geniş torpaq sahəsi olan Domeyn de Terr Blanş malikanəsini alıb. 1999-cu ildə onu alman milyarder Ditmar Hoppa satıb. Şon Konneri eyni zamanda futbolla maraqlanır. “Qlazqo Reyncers” klubunun azarkeşidir. Daha əvvəl isə “Seltikə” azarkeşlik edib. Əlbəyaxa idman növləri ilə də peşəkar səviyyədə məşğul olub. 1966-cı ildə Kökusinkay üzrə 1-ci dan usta dərəcəsini əldə edib. 2000-ci ildə Böyük Britaniyanın sərkərdəsi titulunu qazanıb. 25 avqust 2008-ci ildə Şon Konnerinin “Being A Scot” (Şotland olmaq) adlı kitabı işıq üzü görüb. Avtobioqrafik kitabda Şotlandiya, onun mədəniyyət və tarixi, həmçinin bu fonda özü, ailəsi, başına gəlmiş maraqlı hadisələri rəvayət edir. 2011-ci ildə Şon Konnerinin nümayəndəsi onun ictimaiyyət qarşısına çıxmaqdan yorulduğunu dil gətirib. Onun Stiv Cobsa (sağ olarkən) yazdığı məktubu Britaniya və ABŞ mətbuatında xeyli müddət gündəmdən düşməmişdi. Konneri məktubda təhqiramiz ifadələr işlədərək, Apple şirkətinin brend məhsullarını reklam etmək istəmədiyini bildirmişdi. 2018-ci ildə qocalıb, taqətdən düşmüş aktyoru, paparazilər kişi dayəsinin müşayiəti altında küçədə əsa ilə hərəkət edən yerdə “yaxalayıb”.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Sean_Connery

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç