"The King’s Man" Filmindən Yeni Treyler Yayımlandı!

01 Oktyabr, 2019


Kingsman filmlərinə adını verən kəşfiyyat təşkilatının keçmişinə işıq tutan, Mettyu Von (Matthew Vaughn) imzalı The King’s Man’dən yeni treyler yayımlandı. Mark MillarDeyv Qibbonsun (Dave Gibbons) sevilən komiks seriyasından filmə adaptasiya olunan Kingsman seriyası, böyük ekrandakı yolunu davam etdirir. 2014-cü ildə premyerası olan "Kinqsmən: Məxfi xidmət" (Kingsman: The Secret Service) ilə başlayan və 2017-ci ildə premyerası olan "Kinqsmən: Qızıl dairə" (Kingsman: The Golden Circle) ilə davam edən Kingsman film seriyasının ssenarist və rejissoru olan Mettyu Von (Matthew Vaughn), bu aralar eyni kainatda keçən birdən çox film hazırlayır. Bu filmlərin başında isə Kingsman təşkilatının keçmişinə işıq tutan The King’s Man gəlir. Eşidildiyi ilk dövrdə Kingsman: The Great Game olaraq anılan The King’s Man üçün tanıtım işlərinə sürət verən 20th Century Fox, filmdən yeni bir treyler yayımladı.

Картинки по запросу New ‘The King’s Man’ Trailer Reveals the Origin of the Stylish Spy Agency

Bir davam filmi deyil prikvel olacaq və izləyiciləri keçmişinə götürəcək olan The King’s Man, diqqət çəkici bir aktyor heyətini bir araya gətirir. Filmin aktyor heyətində Harris Dickinson, Ralf Fayns (Ralph Fiennes), Cimon Honsu (Djimon Hounsou), Alison Steadman, Aaron Teylor-Conson (Aaron Taylor-Johnson), Mettyu Qud (Matthew Goode), Cemma Arterton (Gemma Arterton), Tom Hollander, Ris İvans (Rhys Ifans), Daniel Brül (Daniel Brühl) və Çarlz Dens (Charles Dance) kimi adlar yer alır.



Tamaşaçıları 20-ci əsrin ilk illərinə aparacaq film, Kingsman təşkilatının quruluşuna yol açan hadisələri mövzu götürür. Tarixin gördüğü ən qəddar cinayətkarlar milyonlarca insanı öldürmək üçün bir araya gəlincə, köhnə bir əsgərin bu fəlakətin qarşısına keçməsi üçün gənc bir adama rəhbərlik etməsi lazım gəlir. T.E. LawrenceRasputin kimi o illərdə yaşayan bir çox tarixi fiqurun hekayədə yer alacağı bilinir. Lawrence of Arabia filminə də mövzu olan T.E. Lawrence’ı Ralph Fiennes’ın canlandırdığı danışılır, ancaq hələ bu mövzuda rəsmi bir açıqlama verilməyib. Kəskin janrlı filmindən çox, kəskin səhnələri yüksək bir tarixi film olacaq kimi görünən The King’s Man, 14 fevral 2020-ci ildə premyerası olacaq.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər