Mettyu Von

Mettyu Von

Kinorejissor, prodüser, aktyor, ssenarist

BİOQRAFİYA

Mettyu Von 7 mart 1971-ci ildə Londonda (İngiltərə) anadan olub. Bukingemdə ingilis məktəbində oxuyub, məzun olduqdan sonra dünya səyahətinə çıxır. Bir müddət Los-Ancelesdə yaşayır və orada rejissor assistenti kimi işləyir. Lakin tezliklə vətəninə qayıdır və London Universitetində antropologiya və qədim dünya tarixi üzrə təhsil almağa başlayır. Mettyu o dərəcədə kinoya vurulmuşdu ki, tez bir zamanda təhsilini yarımçıq qoyur və kino karyerasına başlamaq üçün Los-Ancelesə qayıdır. Karyerasına prodüser kimi başlayır. 25 yaşlı Mettyunun ilk prodüser işi Skott Mişelin kriminal dram janrlı “Körpənin yuxusu” filmi olur. İki il sonra Von dostu Qay Riçinin məşhur “Kartlar, pullar və iki qoşalülə” filminə həm prodüserlik edir, həm də epizodik rollardan birini oynayır. Von həmçinin 2000-ci ildə eyniadlı serialın yaranmasına da kömək edir. Bundan başqa, Mettyu dostu Qay Riçi ilə 2000-ci ildə “Böyük yem” məşhur kriminal komediyanın yaranmasında iştirak edir. Filmin əsas rollarında Ceyson Steytem, Bred Pitt və Benisio del Toro çəkilib. İki il sona Mettyu Riçinin “Sovrulmuşlar” məhəbbət komediyasına prodüserlik edir. Filmdə əsas qadın rolunu rejissorun həyat yoldaşı, məşhur müğənni Madonna canlandırıb. Yeri gəlmişkən, Qay Riçi və Madonnanın toyunda sürücü Mettyu Von olub. Elə həmin il Von supermodel, məşhur alman divası Klaudiya Şifferlə ailə qurur. Cütlüyün üç övladı var. 2004-cü ildə Mettyu Von Deniel Kreyq və Sienna Millerin baş rolda iştirakı ilə ”Qat-qat tort” rejissorluq debütünü çəkir. Vonun ikinci rejissorluq işi Nil Qeymanın romanı əsasında 2007-ci ildə çəkdiyi fantastik janrlı “Ulduz tozu” filmidir. Von bu filmi "Paramaunt" kinoşirkətinin dəstəyi ilə çəkib. Əsas rolları isə Kler Deyns, Mişel Pfayffer, Robert De Niro, Ceyson Fleminq, Sienna Miller, Rupert Everett kimi məşhurlar oynayıblar. Film dünya kinoprokatından 135 milyon dollar gəlir gətirir. 2009-cu ildə 35 yaşlı rejissor üçüncü rejissorluq işi olaraq “Kick-Ass” komediyasını çəkir. Tamaşaçıların ürəyincə olan film 30 milyon dollar büdcə ilə 96 milyon dollar gəlir gətirir.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Matthew_Vaughn

FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Prodüser
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç