Cemma Arterton

Cemma Arterton

Aktrisa

BİOQRAFİYA

Cemma Arterton 2 fevral 1986-cı ildə İngiltərənin Kent qraflığının Qreyvsend şəhərində anadan olub. Pilam-Roudda Qreyvsend qızlar məktəbində təhsil alıb və aktyorluq kurslarına gedib. 16 yaşında məktəbi tərk edərək kollecdə oxumağa başlayır, lakin burada da çox qalmır. Təhsil almaq üçün qrant aldıqdan sonra Krallığın Dram Sənəti Akademiyasına daxil olur və 2007-ci ildə buranı bitirir. 2007-ci ildə, hələ dram akademiyasında oxuduğu müddətdə Stiven Polyakovun “Merini qazanmaq” teledramında çəkilir. Aktrisa dünya şöhrətini “Titanların döyüşü”, “Persiya Şahzadəsi: Zaman qumu” və sair filmlərdə oynadığı rollarla qazanıb. Cemma Arterton 5 iyun 2010-cu ildə britaniya feşn kompaniyasının satış meneceri ilə evlənir, ancaq 2012-ci ildə cütlük artıq birlikdə yaşamırdı və 2015-ci ildə rəsmi olaraq boşanıblar. 2013-cü ildən Cemma rejissor köməkçisi Frenk Ohanessianla görüşür.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Gemma_Artert-ci ildə cton

 

 

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç