Çarlz Dens

Çarlz Dens

Aktyor, rejissor, ssenarist, prodüser

BİOQRAFİYA

Uolter Çarlz Dens 10 oktyabr 1946-cı ildə İngiltərənin Redditç şəhərində dünyaya göz açıb. Britaniyalı aktyor, ssenarist, rejissor və prodüserdir. 2006-cı ildən bəri Britaniya imperiyası ordeninin zabitidir. Daha çox “Taxt-tac oyunları” teleserialında Tayvin Lannister rolu ilə tanınır. “Vedmak 3” video oyununda Emqır var Emreys personajını səsləndirib. Redditç şəhərində mühəndis-inşaatçı ailəsində boya-başa çatıb. Dörd yaşı olanda atası ölüb və anası onunla birgə Plimut şəhərinə köçüb. Plimutda İncəsənət kollecinə daxil olub, daha sonra Lesterin incəsənət məktəbində dizayn və fotoqrafiya sənəti üzrə təhsil alıb. Sonradan aktyor karyerasını seçib. Ekranlarda ilk dəfə 1974-cü ildə görünsə də, 10 il sonra “Tacda olan qiymətli daş” (1984) teleserialında oynadığı baş rolla geniş tamaşaçı kütləsinə təqdim olunub. Həmçinin “Opera kabusu” (1990), “Rebekka” (1997), “Konan Doylun xronikaları” kimi teletamaşalarda iştirak edib. “Soyuq ev” (2005) serialında oynadığı rola görə “Emmi” mükafatına namizəd olub. Böyük kinoda əsas rolu “Yadplanetli 3” filmində Klemens roludur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Charles_Dance

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç