Ris İvans

Ris İvans

Aktyor, prodüser

BİOQRAFİYA

Ris İvans 22 iyul 1967-ci ildə Uelsdə (Böyük Britaniya) pedaqoq ailəsində anadan olub. Uşaqlığını Uelsin Ritin şəhərində keçib. İbtidai təhsilini anasının işlədiyi İsqol Pentresesleyn məktəbində alıb. Daha sonra İsqol Mays Qarmon adına orta məktəbdə oxuyub. Gəncliyində müxtəlif teatr birliklərində aktyorluq sənəti üzrə dərslərə gedib. 1990-cı ildə Ris İvans uşaq viktorinasının yaradılmasında iştirak edib. Daha sonra televiziya layihələrinə dəvət alıb. Sonradan kinoya və Londonun Kral Milli Teatrının səhnəsinə də yol tapır. İvans paralel olaraq "Super Furry Animals" adlı rok-qrupun tərkibində vokalist olaraq çıxış edib. 1990-2000-ci illərdə “Küçə həyatı” (1995), “Avqust” (1996), “Əkiz şəhərlər” (1997), “Transplantant” (1999), “Nottinq Hill” (1999), “Paslanmış alüminium” (2000), “Kevin və Perri” (2000), “Dublyorlar” (2000), “Formula 51” (2001), “Təkəbbür yarmarkası” (2004), “Hannibal: Yüksəliş” (2007) kimi reytinqli filmlərdə müxtəlif rollar alıb. Kiçik qardaşı Llir də aktyordur. Onlar “Əkiz şəhərlər” adlı filmdə çiyin-çiyinə çəkiliblər. Şəxsi həyatına gəlincə, xeyli müddət fotomodel Sienna Millerlə görüşüb, hətta ona evlilik də təklif edib. Ancaq Sienna aralarındakı münasibətləri heç vaxt ciddi qəbul etməyib və bir müddətdən sonra onlar yollarını ayırıblar. Daha sonra aktrisa Kimberli Stüartla görüşüb. 2011-2013-cü illərdə isə aktrisa Anna Frillə vətəndaş nikahında olub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Rhys_Ifans

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç