R.Dauni "Black Widow”da "Dəmir Adamı" Oynayacaq!

18 Sentyabr, 2019


Robert Dauni (kiçik)in (Robert Downey Jr.) həyat verdiyi "Dəmir adam" (Iron Man), gələn il premyerası olacaq Black Widow filmində yenidən filmsevərlərin qarşısına çıxacaq. Marvel Film Kainatının bugünlərə gəlməsində olduqca vacib rol oynayan Robert Dauni (kiçik)in (Robert Downey Jr.), 2008-ci ildən, bir parçası olduğu bu kainatdan o qədər asan ayrılamayacaq kimi görünür.

Bu ilin əvvəlində premyerası olan “Qisasçılar: Final” (Avengers: Endgame), Marvel Film Kainatının bəlkə də ən önəmli parçası olan "Dəmir adam"ın (Iron Man) vidasına səhnə olmuş, Robert Dauni (kiçik) (Robert Downey Jr.) tərəfindan canlandırılan xarakter duyğusal bir finalla seriyaya vida etmişdi.

Ancaq Deadline tərəfindən paylaşılan yeni məlumatlar, Robert Dauni (kiçik) (Robert Downey Jr.) tərəfindən canlandırılan xarakteri önümüzdəki il yenidən böyük ekranda görmə şansını ortaya çıxardı. Deadline’ın xəbərinə görə Robert Dauni (kiçik)in (Robert Downey Jr.) həyat verdiyi "Dəmir adam" (Iron Man), önümüzdəki il premyerası olacaq Black Widow filmində yer alacaq.

Картинки по запросу Black Widow: Robert Downey Jr to return as Iron Man for Scarlett Johansson standalone Marvel movie

Uzun müddətdir Marvel Film Kainatından ayrılmaq istədiyi danışılan və “Qisasçılar: Final” (Avengers: Endgame) ilə xarakteri üçün mükəmməl bir finala qovuşan Robert Dauni (kiçik)in (Robert Downey Jr.) yenidən bir Marvel filmində rol alacaq olmasına inanmaq çətin olsa da, bu xəbərin Deadline kimi güvənilən bir qaynaqdan gəlməsi Robert Dauni (kiçik)in (Robert Downey Jr.) doğurdan da yenidən Marvel filmlərində yer almağı qəbul etdiyini göstərir.

Картинки по запросу Black Widow: Robert Downey Jr to return as Iron Man for Scarlett Johansson standalone Marvel movie

Skarlett Yohanssonun (Scarlett Johansson) baş rolunu üstləndiyi Black Widow filmi Captain America: Civil War ile Avengers: Infinity War arasındakı dövrdə keçir. Bu vəziyyət "Qisasçılar: Sonsuzluq savaşı"ndan (Avengers: Infinity War) etibarən Marvel”ə vida edən xarakterlərin də filmdə yer ala bilməsini mümkün hala gətirir. Bu səbəbdən Robert Dauni (kiçik)lə (Robert Downey Jr.) yanaşı Kris Evans (Chris Evans) kimi adları da bu filmdə görməyimiz mümkündür.

Cate Shortland’ın rejissoru olduğu Black Widow filminin aktyor heyətində Skarlett Yohanssonla (Scarlett Johansson) yanaşı Devid Harbor (David Harbour), Florens Fyu (Florence Pugh), O-T FagbenleReyçel Vays (Rachel Weisz) iştirak edir. Filmdə Florens Fyu (Florence Pugh), komikslərdə Black Widow olaraq Natasha Romanoff’un Yelena Belova xarakterinə həyat verir.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər