Kris Evans

Kris Evans

Aktyor, rejissor, prodüser

BİOQRAFİYA

Kristofer Robert "Kris" Evans 13 iyun 1981-ci ildə Bostonda (ABŞ) anadan olub. Anası Liza Konkord Gənclik Teatrında rəssamlıq üzrə direktor, atası Robert diş həkimi idi. İki bacısı var: Karli və Şanna. Karli Nyu-York Universitetinin nəzdində yerləşən incəsənət məktəbində oxuyub və "Linkoln-Sadböri" regional liseyində müəllimdir. Evans Li Strasberq Teatr və Film İnstitutunda dərslərə qatılıb. ABC-nin "Yaşamaq üçün bir həyat" adlı sabun operasında oynayıb. Dayısı Mayk Kapuano siyasətçidir. Anası yarı italyan, yarı irland mənşəllidir. O və bacı-qardaşları katolikdirlər. Evans Marvel "Kinematoqrafiya kainatının" filmlərində Kapitan Amerikanı və "Fantastik dördlük" filmlərində Conni Ştormu canlandırmasına görə tanınır. Karyerasına 2000-ci ildə "Qarşı cins" teleserialı ilə başlayıb. Bundan əlavə bir çox filmlərdə iştirak edib: "Uşaqlara aid olmayan kino", "Gün işığı", "Skott Pilqrim dünyaya qarşı", "Qar kürələyən", "Hədiyyə edilmiş" və sair. 2014-cü ildə "Biz getməmişdən qabaq" filmi ilə dram debütünü edib. "Nyu Enqlend Petriots" reqbi klubuna azarkeşlik edir və "Amerikanın oyunu: Superboul çempionları" adlı sənədli film seriyasını nəql edib. Cinsi azlıqların hüquqlarını müdafiə edir. Katolik olmasına baxmayaraq, panteizmə meyillidir və budduizm ilə maraqlanır.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Kris_Evans_(aktyor)

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç