Reyçel Vays

Reyçel Vays

Aktrisa, prodüser, rejissor, ssenarist

BİOQRAFİYA

Reyçel Vays britaniyalı kino və teatr aktrisasıdır. 7 mart 1970-ci ildə Londonda (İngiltərə) anadan olub. ”Oskar” mükafatı laureatıdır. Atası Corc Vays milliyətcə yəhudidir, Macarıstanda doğulub. Anası Edit Rut Vyana şəhərində (Avstriya) anadan olub və yəhudi, "Vyana-Katolik" və italyan kökləri var. Ana babası olan Aleksandr Tayh "Dünya Yəhudi Tələbələr Birliyi"nin katibi idi. Vaysın sözlərinə görə, o, intellektual yəhudi ailəsində böyüyüb və özünü yəhudi hesab edir. Aktrisanın Minni adlı rəssam bacısı var. "Ölüm maşını" (1995), "Zəncirvari reaksiya" (1996), "Səni istəyirəm" (1997), "Mumiya" (1999), "Mumiya qayıdır" (2001) və sair filmlərdə çəkilib. 2006-cı ildə çəkilən "Vəfalı bağban" filmindəki roluna görə "Ən yaxşı ikinci plan qadın rolu" nominasiyasında "Oskar" qazanıb. Ən son çəkildiyi filmlər sırasında: Dream House (2011), Unbound Captives (2011), The Bourne Legacy (2012), Oz: The Great and Powerful (2013), The Lobster (2015), La giovinezza (2015),  Complete Unknown (2016), Disobedience (2017), My Cousin Rachel (2017), The Mercy (2018), The Favourite (2018) filmləri yer tutur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://tr.wikipedia.org/wiki/Rachel_Weisz

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç