Teron, Kidman və Robbili "Bombshell"in Treyleri Çıxdı!

23 Avqust, 2019


Şarliz Teron (Charlize Theron), Nikol Kidman (Nicole Kidman) və Marqo Robbiyi (Margot Robbie) bir araya gətirən Bombshell’dən ilk tanıtım treyleri yayımlandı. Jay Roach’un rejissoru olduğu film, Fox News’un qurucusu Roger Ailes’a qarşı cinsi təcavüzə görə cinayət işinin açılmasını təmin edən qadınların hekayəsini danışır.

Haqqında çıxan cinsi təcavüz ittihamlarının ardından Fox News’dan ayrılmaq məcburiyyətində qalan Roger Ailes’ın nəhayət cinayətlə üzləşmək məcburiyyətində qalmasını təmin edən qadınların hekayəsi, bu il filmsevərlərin ixtiyarına veriləcək Bombshell ilə böyük ekrana çıxarılacaq.

Картинки по запросу M.Robbie, C.Theron & N.Kidman

Şarliz Teron (Charlize Theron), Nikol Kidman (Nicole Kidman) və Marqo Robbi (Margot Robbie) kimi üç önəmli simaları bir araya gətirən film, Roger Ailes haqqıdakı gerçəkləri üzə çıxarmaq üçün sadəcə Ailesə qarşı deyil, Fox News’dakı artıq formalaşmış düzgün olmayan quruluşa qarşı da mübarizə aparmaq məcburiyyətində qalan qadınların hekayəsini danışır.

Filmdə Şarliz Teron (Charlize Theron), bir vaxtlar Fox News’da yayımlanan The Kelly File proqramının aparıcısı olan, 2017-ci ilin yanvarında Fox News’dan ayrılıb NBC News’da işləməyə başlayan amerikalı spiker Megyn Kelly‘ə həyat verir. Nikol Kidman (Nicole Kidman) isə Fox News’un qurucusu Roger Ailes’ə qarşı cinsi təcavüzə görə cinayət işi açan məşhur aparıcı Gretchen Carlson‘u canlandırır. Marqo Robbi (Margot Robbie) isə Kayla Pospisil adında yaradılmış bir xarakterə həyat verir.



Roger Ailes’ı Con Litqounun (John Lithgow) canlandırdığı filmin aktyor heyətində Ellison Cenni (Allison Janney), Elis Ev (Alice Eve), Kate McKinnon, Connie Britton, Alanna Yubak (Alanna Ubach), Malkom Makdauell (Malcolm McDowell), Mark Düplas (Mark Duplass) və Stiven Rut (Stephen Root) kimi adlar yer alır. The Big Short ilə Ən Yaxşı Adaptasiya Ssenarisi “Oskarı”nı qazanan Charles Randolph‘un ssenarisini qələmə aldığı filmin rejissor kürsüsündə Trumbo ilə adından təriflə söz etdirən Jay Roach oturur. ABŞ-da 20 dekabrda premyerası olacaq olan Bombshell’in “Oskar” yarışında, xüsusilə də aktyorluq kateqoriyasında olduqca iddialı olması gözlənilir.



Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər