Malkolm Makdauell

Malkolm Makdauell

Aktyor

BİOQRAFİYA

Malkolm Makdauell 13 iyun 1943-cü ildə Lids şəhərində (Böyük Britaniya) barmen ailəsində anadan olub. Gənc yaşlarında atasının pabında çalışırdı. Aktyor kursları keçdikdən sonra qəsəbə teatrlarında oynamağa başlayır. 1964-cü ildə Kral Şekspir teatrının truppasına daxil olur. 1965-ci ildən televiziyada fəaliyyətə başlayır. 1968-ci ildə rejissor Lindsey Andersonun “Əgər...”, 1973-cü ildə “Bəxtəvər” filmlərində çəkilir. 1971-ci ildə Stenli Kubrikin “Qurma portağal” filmində oynadığı yeniyetmə sadist Aleks rolunun çəkilişlərindən sonra populyarlaşır. Filmin ekrana çıxmasından sonra Malkolma ancaq mənfi obrazları yaratmaq təklif olunur. Tinto Brassın qədim Roma imperatoru Qay Kaliquladan bəhs edən filmdə ağlını itirmiş imperator, sovet dövrünün məşhur manyak qatili Andrey Çikatilodan bəhs edən “Evilenko” filmində baş qəhrəmanı oynayıb. 70-80-ci illərdə Makdauell epizodik rollara dəvət olunurdu. 1982-ci ildə Pol Şrederin “Pişik adamlar” filmində çəkilib.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Malcolm_McDowell

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç