Mark Düplas
Aktyor, ssenarist, rejissor
Mark Düplas 7 dekabr 1976-cı ildə Yeni Orlean (ABŞ) şəhərində anadan olub. Katolik ailəsində boya-başa çatmış aktyor, ssenarist yezuitlərin orta məktəbini bitirib. Ali təhsilini Ostin şəhərinin Texas Universitetində alıb “Evdə qalan Cef” (2011), “Sayrus” (2010) kimi filmlərin rejissorudur. “Evdə qalan Cef” (2011), “Sayrus” (2010), “Ölüm adası” (2012) və digər filmlərin ssenarisini yazıb. “Bir nömrəli hədəf (2012), “Bizim kimi adamlar” (2012), “Sənin bacının bacısı” (2011) və digər filmlərin çəkilişlərində, səsləndirilməsində iştirak edib. Bundan başqa “Mindi layihəsi” (2012-2014), Liqa (2009-2011) adlı seriallarda rol alıb. “Sənin bacının bacısı” (2011), “Təhlükəsizliyə zəmanət verilmir” (2012), “Pis Maylo” (2013) adlı filmlərə prodüserlik edib.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın: