Con Litqou

Con Litqou

Aktyor, prodüser

BİOQRAFİYA

Con Artur Litqou 19 oktyabr 1945–ci ildə Roçester şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Con Litqou Harvardda təhsil alıb. Tarix və ədəbiyyat ixtisası üzrə bakalavr dərəcəsi alıb. Teatrla hələ universitet vaxtlarından maraqlanmağa başlayıb. Təhsilini bitirdikdən sonra aktyorluq təhsilini London Musiqi və Dram Sənəti Akademiyasında davam etdirib. İki “Qızıl Qlobus”, altı “Emmi”, iki “Toni” və üç “ABŞ kinoaktyorları Gildiyası" mükafatının sahibidir. İki dəfə “Oskar” və dörd dəfə “Qremmi” mükafatları namizədidir. İlk dəfə kinoda 1972–ci ildə debüt edib. 1982-ci ildə “Qarpa görə həyat” filmindəki roluna görə “Oskar” mükafatına namizəd olub. 1983-cü ildə “Zərifliyin dili” filminə görə “Oskar” mükafatına namizəd olub. 2010-cu ildə “Dekster” serialının 4-cü mövsümündə ardıcıl qətllər törədən qatil Artur Mitçell roluna görə “Qızıl Qlobus” və “Emmi” mükafatına layiq görülüb. Con uşaqlar üçün "The Runaway Pancake” kitabının müəllifidir. Amerika fəlsəfə cəmiyyətinin üzvüdür (2019).


Ətraflı məlumat almaq üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/John_Lithgow

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç