Ellison Cenni

Ellison Cenni

Aktrisa

BİOQRAFİYA

Ellison Cenni 19 noyabr 1959-cu ildə ABŞ-ın Massacusets ştatının Boston şəhərində anadan olub, amma Ohayo ştatının Deyton şəhərində böyüyüb. Cenni NBC-nin “Qərb qanadı” serialında Si Cey Kreqq rolu ilə uğur qazanıb. Aktrisa bu filimdəki işinə görə dörd dəfə “Emmi”, dörd dəfə də ABŞ Kino Aktyorları Gildiyasının mükafatlarına layiq görülüb. 2014-cü ildə Cenni NBC-nın “Ana” komediya serialı, "Showtime"ın “Seksin ustadları” serialında ikinci dərəcəli rola görə daha iki "Emmi" mükafatına layiq görülür. Cenni karyerası ərzində 70-dən çox filmdə rol alıb. Cenni “Amerkansayağı gözəllik”, “Qulluqçu”, “Sevgimin obyekti”, “Ölümünə gözəllik”, “Saat”, “Saç üçün lak”, “Cuno”, “Yol, evə yol”, “Temmi”, “Casus” kimi filmlərdə yaddaqalan rollar yaradıb. Yeddi dəfə “Emmi” və yeddi dəfə ABŞ-ın "Kino Aktyorları Gildiyası” mükafatlarının sahibi olan aktrisa həmçinin “Qızıl Qlobus” (2018), BAFTA (2018) mükafatlarına və “Mən Tonyayam” filmindəki roluna görə "Ən yaxşı ikinci plan aktrisası" üzrə “Oskar”a layiq görülüb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Allison_Janney

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç