Elis İv

Elis İv

Aktrisa

BİOQRAFİYA

Elis Sofiya İv 6 fevral 1982-ci ildə Londonda (İngiltərə) aktyor Trevor İv və aktrisa Şaron Mofanın ailəsində anadan olub. Uşaqlığının bir neçə ilini valideynləri ilə Los-Anceles şəhərində keçirib. Əvvəl Hempşirin Bedeyls məktəbini, daha sonra Vestminster məktəbini bitirib. Beverli Hills Playhous məktəbində aktyorluq sənətini oxuyub. Daha sonra Oksforda Yekaterina adına məktəbdə təhsil alıb. Teatr debütü məhz həmin məktəbdə baş tutub, müxtəlif tələbə tamaşalarında iştirak edib. İv aktrisa karyerasını 2004-cü ildə başlayıb. İlk kino rollarını ali təhsil aldığı illərdə oynayıb. Söhbət “Hokinq” və “İngilissayağı gözəllik” filmlərindən gedir. 2006-cı ildə altı aya yaxın Hindistanda yaşayıb. Orada ITV telekanalının “Cemmanı itirərək” adlı telefilminə çəkilib. Elə həmin il böyük ekranlara onun iştirakı ilə “Böyük heçnə” ( Big Nothing) komediyası çıxır. Filmdə baş rollardan biri ona nəsib olub. 2011-ci ilin əvvəlində elis “Qara Geyimli Adamlar III” filminin çəkiliş heyətinə qoşulub. Elis “O” adlı agentin cavanlığını oynamağa razılaşıb. Şəxsi həyatına gəlincə, 31 dekabr 2014-cü ildən maliyyəçi Aleks Kauper-Smitlə evlidir. Toydan əvvəl 1 ilə yaxın görüşüblər. Onlar məktəb illərindən bəri tanışdırlar.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%98%D0%B2,_%D0%AD%D0%BB%D0%B8%D1%81

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç