"Addamslar Ailəsinin" Adaptasiyasının Treyleri Yayımlandı!

09 Avqust, 2019


Daha əvvəl həm televiziyada, həm filmdə bəyənilən adaptasiyaları izləyicilərin qarşısına çıxan “Addamslar ailəsi”nin (The Addams Family) animasiya janrındakı yeni adaptasiyasından ilk uzunmetrajlı treyler yayımlandı.

“Gotik” qorxu filmi, fantaziya və komediya janrlarını uğurla birləşdirən “Adamslar ailəsi” (The Addams Family), böyük ekrana geri qayıdır. 1938-ci ildə “The New Yorker”də yayımlanan bir karikatura seriyası olaraq başlayan “Addamslar ailəsi”nin (The Addams Family), illər içində bir çox fərqli adaptasiyaları izləyicələrin qarşısına çıxmışdı.



1960-cı illərdə yayımlanan kult televiziya serialı ilə adını geniş kütlələrə eşitdirən seriyanı, eyni illərdə televiziya filmlərinə də mövzu olduqdan sonra 90-ci illərdə böyük ekrana keçən və Barri Zonnenfeldin (Barry Sonnenfeld) rejissoru olduğu iki filmlə filmsevərlərin qarşısına çıxmışdı. Tim Börtonun (Tim Burton) seriyayı canlandırma cəhdlərinə rəğmən son illərdə ekranlardan uzaq qalan Addams Ailəsi, bu il premyerası olacaq animasiya film adaptasiyası ilə geri qayıdır. Maraqla gözlənilən yeni “Addamslar ailəsi”nin (The Addams Family) adaptasiyasının tanıtım işlərinə sürət verən MGM, filmdən ilk uzunmetrajlı treyleri yayımladı.



Bu yeni adaptasiyanın rejissorluğu daha əvvəl Sausage Party filmində birlikdə çalışan Konrad Vernon (Conrad Vernon) və Greg Tiernan üstlənir. Ssenarisini Pamela Pettler (Corpse Bride, 9) və Matt Liebergman‘ın qələmə aldığı film, bir-birindən qəribə xarakterlərdən təşkil olunmuş Addams Ailəsi’nin hekayəsini danışır.

Filmin səsləndirmə heyətində "Şarliz Teron" (Charlize Theron), Oskar Ayzek (Oscar Isaac), Xloya Qreys Morets (Chloe Grace Moretz), Finn Vulfhard (Finn Wolfhard), Nick Kroll, Bett Midler (Bette Midler) və Ellison Cenni (Allison Janney) kimi tanınmış adlar yer alır.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər