Bett Midler

Bett Midler

Aktrisa

BİOQRAFİYA

Bett Devis Midler – amerikalı aktrisa, müğənnidir. Fanatları arasında “Füsunkar Miss M” adı ilə tanınır. “Qremmi”, “Emmi” və “Toni” mükafatçısıdır. İki dəfə “Oskar” mükafatına namizəd olub. BBC-nin versiyasına görə, tarixin gəlib getmiş ən uğurlu aktrisalarındandır. Bett Midler 1 dekabr 1945-ci ildə Honoluluda yəhudi ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra üç ay müddətində Havayi Universitetinin Dram incəsənət bölməsində təhsil alıb. Aktrisa debütünü 1966-cı ildə ekranlara çıxan “Havayi” filmində gerçəkləşdirib. 1965-ci ilin yay aylarında Bett Midler Nyu-Yorka köçüb və teatr debütünü həyata keçirib. İlk rollarını “Miss Nefertiti təəssüflənir” və “Zoluşka qayıdır” tamaşalarında ifa edib. Bir ildən sonra artıq səsi Brodveydən gəlib. Növbəti üç il ərzində “Damdakı skripkaçı” adlı populyar müziklda Seytl rolunu oynayıb. 1970-ci ildə “The Divine Miss M” adlı debüt albomu işıq üzü görüb. Uğurlu albom ona ilk “Qremmi” heykəlciyini qazandırır (ən yaxşı debütant nominasiyasında). 1971-ci ildə The Who britaniya qrupunun “Tommi” adlı rok albomunun səhnə quruluşundə iştirak edir. 1984-cü ildən Bett Midler Martin Fon Hasberqlə evlidir. Onların 1986-cı il təvəllüdlü Sofi adlı qızları var. 2017-ci ildə “Hello Dolli” müziklndə Dolli Levi rolunu ifa edib. Bu rol ona ən yaxşı müzikl qadın rolu nominasiyasında Toni mükafatı qazandırıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%9C%D0%B8%D0%B4%D0%BB%D0%B5%D1%80,_%D0%91%D0%B5%D1%82%D1%82

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç