Konrad Vernon

Konrad Vernon

Rejissor, aktyor, ssenarist

BİOQRAFİYA

Konrad Vernon – amerikalı səsləndirmə aktyoru, ssenarist, rejissor, prodüser, rəssam-multiplikatordur. 11 iyul 1968-ci ildə ABŞ-da anadan olub. Konrad Vernon Kaliforniya İncəsənət İnstitutunun məzunu olub. Daha sonra rəssam planlaması bölümündə rəssam olaraq təhsil alıb. 1996-cı ildən DreamWorks” animasiya studiyasında işləməyə başlayıb. Bir neçə il sonra “Şrek” cizgi filminin yaradılması zamanı “Kökə adam” personajını səsləndirib. Ardınca özü də animasiya lentlərinin yaradılmasında iştirak edib, paralel olaraq müxtəlif personajları səsləndirib. Onun səsini “Sindbad: Yeddi dənizin əfsanəsi” (Sindbad: Legend of the Seven Seas). “Şrek 2” (Shrek 2), “Şrek üçüncü” (Shrek the Third). “Aradan çıx” (Flushed Away), “Madaqaskar” (Madagascar), "Bi Muvi” (Bee Movie), “Bədheybətlər yadplanetlilərə qarşı” (Monsters vs. Aliens), “Madaqaskar pinqvinləri” (The Penguins of Madagascar), “Çəkməli Pişik” (Puss in Boots), “Kunq Fu Panda 2” (Kung Fu Panda 2) və digər cizgi filmlərində eşitmək mümkündür.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://en.wikipedia.org/wiki/Conrad_Vernon

FİLMOQRAFİYA
Rejissor
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç