Tom Kruzlu "Top Gun: Maverick"dən İlk Treyler Yayımlandı!

22 Iyul, 2019

1986-cı il istehsalı Top Gun’ın illər sonra gələn davam filmi Top Gun: Maverick’dən ilk treyler yayımlandı. Tom Kruzun (Tom Cruise) Maverick rolu ilə geri qayıtdığı filmin, 26 iyun 2020-ci ildə premyerası olacaq.

Premyerası olduğu 1986-cı ildə kassa rekordu qıran və sonrasında kült filmlər kateqoriyasına girməyi bacaran Top Gun‘ın illər sonra çəkilən davam filmi, gələn il filmsevərlərin ixtiyarına veriləcək. Tom Kruzun (Tom Cruise) Maverick rolu ilə geri qayıdacağı Top Gun: Maverick üçün tanıtım işlərinə başlayan Paramount Pictures, filmdən ilk treyleri yayımladı.

Ä°lgili resim

Top Gun’ın uzun illərdir gündəmdə olan davam filmini, ilk filmin də rejissor kürsüsündə oturan Toni Skottun (Tony Scott) rejissorluq etməsi gözlənilirdi. Ancaq bu müddətdə Toni Skott (Tony Scott) həyatını itirdikdən sonra onun yerinə filmin rejissoru olması üçün, Tron: Legacy, "Xalis cəsurlar" (Only the Brave) kimi filmlərlə tanınan və daha əvvəl "Unutqanlıq"da (Oblivion) Tom Kruzla (Tom Cruise) çalışan "Cozef Kasinski" (Joseph Kosinski) ilə razılaşdı.



Ssenarisini Piter Kreyq (Peter Craig), Justin MarksErik Uorren Singerin (Eric Warren Singer) yazdığı filmə ssenaridəki bəzi hissələri düzəltmək məqsədilə Kruzun son zamanlardakı iş yoldaşı Kristofer Makkuorri (Christopher McQuarrie) də daxil olmuşdu. Top Gun tədris pilotu olmuş Pete ‘Maverick’ Mitchell’la Goose’un oğlu Wrigley arasındakı münasibəti əsas götürəcək filmdə Maverick’i ilk filmdə olduğu kimi Tom Kruz (Tom Cruise) canlandırarkən Goose’un oğluna isə Maylz Teller (Miles Teller) həyat verir. İkiliyə hərbi dəniz donanması yaxınlarında bar işlədən subay bir anayı canlandıran  Cennifer Konnellilə (Jennifer Connelly) birlikdə, Iceman xarakteri ilə ilk filmdə də yer alan Vel Kimler (Val Kilmer), Con Hemm (Jon Hamm), Ed Harris, Glen Powell, Lewis Pullman, Monica BarbaroManny Jacinto kimi adlar iştirak edir.

Top Gun: Maverick’in musiqilərini isə ilk filmdə də eyni vəzifəni üstlənən Harold Faltermeyer ilə Hans Zimmer bəstələyir. Film, 26 iyun 2020-ci ildə filmsevərlərin ixtiyarına veriləcək.

Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç

Şəxslər