Rendi, Cerri, Bob, Reci və Hoqan məktəb illərindən bir-birini tanıyan dörd dostdur. Şagird olduqları vaxt ən sevdikləri oyun “qaçdı-tutdu” oyunu olub. Artıq yetkin insanlar olsalar belə, bu oyun onları birləşdirir. Dostların həyat yolları fərqlidir: kimi özünü ailəyə, kimi karyeraya həsr edib, kimi də “fələyin axını” ilə hərəkət edir. Onlar üçün yalnız bir şey dəyişilməz olaraq qalıb. Hər ilin may ayında onlar bir-araya gəlib “qaçdı-tutdu” oynayırlar. Ancaq dostlardan üçünü bir məsələ yaman narahat edir. Bu illər ərzində heç vaxt Cerri “tutan” tərəf olmayıb. Ona görə dostlar səylərini birləşdirərək, ədaləti bərqərar etmək və Cerrinin dalınca qaçmaq qərarına gəlirlər. Dostlardan birinin toyunun olması faktı belə onların qarşısını alan deyil...Nə qədər qəribə səslənsə də, film real hadisələr əsasında lentə alınıb.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar