Ed Helms

Ed Helms

Aktyor, ssenarist

BİOQRAFİYA

Ed Helms 1974-cü ildə Atlanta şəhərində (ABŞ) doğulub. Uşaqlığı ailəsi ilə birgə Corciya ştatında keçib. Anası məktəb administratoru, atası hüquqşünas olub. Helms əvvəl ciddi şəkildə geologiya ilə maraqlanıb. Ancaq məktəbi bitirdikdən sonra fikrini dəyişib və kinematoqrafiya praktikası və nəzəriyyəsini öyrənmək üçün Oberlin kollecinə daxil olub. Semestrlərdən birini Nyu-Yorkun İncəsənət Universiteti nəzdində olan ali məktəbdə keçirib. “Veqasda toy axşamı” komediya franşizasının aktyoru, karyerasını Nyu-York komediya şousunda ssenarist və aktyor olaraq başlayıb. Tanınmış komediya truppası olan “Upright Citizens Brigade”lə səhnədə improvizasiyalar edib. Sonradan təsadüf nəticəsində “Con Stüartla gündəlik şou” teleproqramına düşür. 2002-2006-cı illərdə xəbərlərin komedik buraxılışında müxbir rolunu oynayıb və öz duzlu-məzəli zarafatları ilə həmin şounun populyarlaşmasına öz töhfələrini verib. Layihəni tərk etdikdən sonra belə Helms ara-sıra qonaq aktyor qismində müxtəlif maraqlı miniatürlərdə iştirak edirdi. Məsələn 2008-ci ildə Barak Obamanın İraq səfərinə həsr olunmuş xüsusi buraxılışda çıxış edib. 2006-cı ildə Ed Helms “Ofis” sitkomunun çəkiliş qrupuna qoşulur. Aktyor fortepiano, banco və gitarada ifa edə bilir. Çıxışlarında ifaçılıq bacarıqları ilə tamaşaçıları heyran qoyur. Bundan başqa Ed Helms “Tənha trio” qrupunun üzvüdür. Məktəb illərindən bəri mövcudluğunu qoruyub saxlayan qrup, ildə bir neçə dəfə toplanır və ən azı 1 konsert verir. Böyük kinoda “Veqasda toy axşamı (Hangover)” franşizasının 3 hissəsində oynadığı diş həkimi Styü rolu ilə məşhurlaşıb. Bundan başqa “Tətillər” (2015), “Qaçdı-Tutdu” (2018), “Klaker” (2017) komediya filmlərində yaratdığı obrazlarla tanınır. “Con Stüartla gündəlik şou” teleproqramında yaratdığı məzəli müxbir obrazı ilə məşhurlaşıb.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://www.vokrug.tv/person/show/ed_helms/

 

FİLMOQRAFİYA
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç