Filmin baş qəhrəmanı Sendi adlı qanunlara əməl edən, dürüst vətəndaşdır. Ancaq, sakit təbiətli insan kredit kartlarında olan külli miqdarda pul vəsaitinin başqası tərəfindən istifadə olunduğunu öyrəndikdə özündən çıxır. “Şəxsiyyət oğrusunun” izinə düşən Sendi, dələduzun zərif cinsin nümayəndəsi olduğuna təəccüblənir. Sendi ondan oğurladığı bütün pulları qaytarmasını tələb edir. Lakin “gombul dələduz” törətdiyi əməllərə görə heç də peşman deyil və döyüşsüz təslim olmaq fikrindən uzaqdır.
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar