Melissa Makkarti

Melissa Makkarti

Aktrisa, ssenarist, prodüser

BİOQRAFİYA

Melissa Makkarti 26 avqust 1970-ci ildə ABŞ-ın İllinoys ştatının kiçik qəsəbəsi Plenfilddə anadan olub. Melissa karyerasına stand-up komediya aktrisası kimi başlayıb. Nyu-York klublarında çıxış edən aktrisa daha sonra Los-Ancelesə köçür. Melissa məhz burada kino və televiziya aktyorluğu karyerasına başlayıb. Aktrisa 2001-ci ildən 2007-ci ilə qədər “Gilmor qızları” serialında canlandırdığı Süki Sent-Ceyms rolundan sonra məşhurlaşıb. 2007-ci ildən 2009-cu ilə qədər isə “Samanta kimdir” komediya serialında Dena rolunu oynayıb. 2010-2016-c illərdə aktrisa “Mayk və Molli” serialında əsas rolda çəkilir və bu rola görə 2011-ci ildə “Ən yaxşı komediya aktrisası” kateqoriyasında “Emmi” mükafatına layiq görülüb. Melissa əsasən “Gəlinin rəfiqəsi” filmindəki Meqan roluna görə tanınır. 2011-ci ildə “Forbes” jurnalı Melissanı “Televiziyada ən çox ödəniş edilən 20 aktrisa” siyahısına salıb. Melissa “Temmi” və “Casus” kimi filmlərdə də rol alıb.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Melissa_McCarthy


FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç