Ceyson Beytman

Ceyson Beytman

Aktyor, prodüser

BİOQRAFİYA
Ceyson Beytman 14 yanvar 1969-cu ildə Ray şəhərində (Nyu-York ştatı, ABŞ) anadan olub. Atası Kent Beytman yazıçı və rejissordur, anası Viktoriya Beytman stüardessa olub. Böyük bacısı Cyustin məşhur Amerika aktrisasıdır. Ceyson "Patsifik Hills" məktəbində oxuyub, ancaq bitirə bilməyib. Aktyorluq karyerasına 80-90-cı illərdə komediya ilə başlayıb. Ancaq ona məşhurluq 2003-cü ildə “İnkişafın gecikməsi” serialından sonra gəlib. Buradakı roluna görə o, “Qızıl Qlobus” mükafatına layiq görülüb. 3 iyun 2001-ci ildə Ceyson aktrisa Amanda Anka ilə evlənib. 26 oktyabr 2006-cı ildə onların Françeska Nora adlı qızları dünyaya gəlib. 11 fevral 2012-ci ildə isə ikinci qızları Mepl Silvi doğulub.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://en.wikipedia.org/wiki/Jason_Bateman

FİLMOQRAFİYA
Prodüser
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç