Baş qəhrəman Turret sindromundan (motor funksiyalarında pozuntularla müşayiət olunan genetik xəstəlik) əziyyət çəkən xəfiyyə Layonel Essroqdur. O, rəhbəri və yeganə dostu Frenk Minnin müəmmalı qətli ilə bağlı işi araşdırır. Cinayətin üstünü açmaq üçün əlində çox az ipucu var. O, Nyu-Yorkda qüvvələr balansının qorunmasına xidmət edən ən dərin sirrlərin kökünə getməyə hazırdır. Araşdırma onu Harlem caz klubuna, Bruklinin təhlükəli "gecəqondu" məhəllələrinə və hətta meqapolisin siyasi elitasına məxsus, qızılla əhatə olunmuş zallara qədər gətirib çıxardır. Layonel mərhum dostunun adını təmizə çıxarmaq üçün qanqsterlərə, korrupsiyaya və şəhərin ən təhlükəli adamına meydan oxuyur...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar