Edvard Norton

Edvard Norton

Aktyor, rejissor

BİOQRAFİYA
Edvard Norton 18 avqust 1969-cu ildə ABŞ-ın Massaçusets ştatının Boston şəhərində anadan olub. O, Merilend ştatının Kolumbiya şəhərində böyüyüb. Edvard beş yaşından teatrla maraqlanır və tezliklə Kolumbiyada teatr məktəbində təhsil almağa başlayır. Səkkiz yaşında onun ilk səhnə debütü yerli bir tamaşada olur. 1985-ci ildə məktəbi bitirən Norton 1991-ci ildə Yel Universitetinin tarix fakültəsindən bakalavr dərəcəsi ilə məzun olur. O, Yeldə də, həmişə olduğu kimi, teatrla məşğul olur. Aktyor bir çox fakültələrə baş çəksə də, dram fakültəsi heç vaxt onun profili olmayıb. Aktyor Ron Livinqston onun qrup yoldaşı və onun kimi müstəqil aktyor olub. Edvard eyni zamanda yapon dilini öyrənir və "NOVA Group" adlı məşhur ingilis dili məktəbində təhsil alır. Diplom aldıqdan sonra o, Yaponiyaya gedir və babasının "Enterprise Foundation" adlı şirkətində işləməyə başlayır. Bir neçə il sonra, 1994-cü ildə Nyu-Yorka qayıdan Norton əvvəlki işlərdən tam imtina etmək və özünü sırf aktyorluq karyerasına həsr etmək qərarına gəlir. Ofisiant işləyən Norton Nyu-Yorkun bir neçə teatr səhnəsində çıxış edir və nəticədə "New York Signature Theater Company" şirkətinə qəbul edilir. Kinoda Edvardın ilk debütü 1996-cı ildə lentə alınmış "İbtidai qorxu" filmidir. Bu filmdəki roluna görə o, "Qızıl Qlobus" mükafatına layiq görülür və "Ən yaxşı ikinci plan aktyoru" kimi "Oskar"a namizəd göstərilir. 2000-ci ildə Edvard "İnamı saxlayarkən" filmi ilə ilk rejissorluq debütünü həyata keçirir. 2006-cı ildə lentə alınmış "İllüziyaçı" filmi ilə yenə də tənqidçilərin müsbət rəyinə nail olur.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Edvard_Norton
FİLMOQRAFİYA
Rejissor
Ssenarist
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç