Net və Coş bu yaxınlarda ailə qurmuş gənc cütlükdür. Günlər ötdükcə onlar bu nikahla bağlı gözləntilərinin uçuruma yuvarlandığını anlamağa başlayırlar. İzdivacı qoruyub saxlamaq üçün onlar valideylərindən, dostlarından məsləhət istəyirlər, hətta psixoloqa belə müraciət edirlər. Bütün bunların heç bir xeyri olmur. Onlar boşanmasalar da münasibətlərinə müvəqqəti fasilə vermək qərarına gəlirlər. Net özünə başqa kişi, Coş isə başqa qadın tapır. Onlar müvəqqəti eşq macərası ilə bir-birinə qarşı sevginin olub-olmadığını müəyyənləşdirmək istəyirlər. Görəsən müvəqqəti münasibətlər nə ilə nəticələnəcək: onlar bir-birindən həmişəlik ayrılacaq, yoxsa dağılmaqda olan nikahı qoruyub saxlayacaq?
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar