Reyf Spoll

Reyf Spoll

Aktyor

BİOQRAFİYA

Reyf Cozef Spoll 10 mart 1983-cü ildə Londonda (İngiltərə) anadan olub. Şeyn və Timoti Spollun ailəsinin ikinci övladıdır. Bacılarından fərqli olaraq Reyf, atasının yolu ilə gedərək aktyorluq sənətini seçib. Reyfin dediyinə görə atası “Outside Edge” pyesində oynadıqdan sonra teatr səhnəsinin ulduzuna çevrilib. Reyfə bu adını “Alovlanan dəstəcik cəngavəri” pyesindəki baş qəhrəmanın şərəfinə qoyublar. Həmin rolu atası Şekspir truppasının tərkibində 1981-ci ildə oynayıb. 2005-ci ildə Reyf özü də həmin rolda səhnəyə çıxıb. Haberdashers' Aske’s Hatcham College adlı məktəbdə oxuyub. Lakin davamiyyətinin ürək açan olmadığına görə məktəbi yarımçıq atıb. Teatr məktəbinə daxil olmaqla bağlı cəhdlərinin boşa çıxmasından sonra National Youth Theatre (Milli Gənclər Teatrına) qoşulub. Rejissor Edqar Raytın “Şon adlı Zombi”, “Bərkgedən polis kimi”, “Qrayndhaus” filmlərində və Enq Linin “Pi-nin həyatı” adlı macəra dramında oynadığı rollarla tanınıb. Həmçinin “Anonim” kinolentində Uilyam Şekspir roluna görə tanınır. 2011-ci ildə “Anonim” adlı ABŞ-Almaniya istehsalı olan filmdə dahi ingilis dramaturqu Uilyam Şekspir obrazını canlandırıb. 2004-2006-cı illərdə “Əclaflar klubu” filmindəki həmkarı Elis İvlə görüşüb. 2007-ci ildə Aleksandra Mannla sevgi macərası yaşayıb. 2010-cu ildə hazırkı həyat yoldaşı Eliz Dü Tua ilə Qərbi Kensinqtonda ailə qurub.


Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://ru.wikipedia.org/wiki/%D0%A1%D0%BF%D0%BE%D...

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç