Rouz Birn 24 iyul 1979-cu ildə Sidneydə (Avstraliya) anadan olub. 1994-cü ildə “Oyuncaq Dallas” filmində kiçik rolla debüt edib. 2000-ci ildə “1967-ci ilin Tanrısı” filmində kor qız rolunu yaradan Rouz Venesiya film festivalında “Ən yaxşı qadın rolu"na görə “Volpi kuboku”na layiq görülüb. 2007-2012-ci illərdə aktrisa “Qarışıqlıq” serialında Ellen Parsons obrazını yaradıb, bu roluna görə “Emmi” və “Qızıl Qlobus” mükafatlarına namizəd göstərilib. 2012-ci ildən Rouz aktyor Bobbi Kannavale ilə görüşür. Cütlüyün iki oğlu var.
Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://tr.wikipedia.org/wiki/Rose_Byrne