İxtiraçı Aleksandr Sergeyeviç Timofeyev (Şurik) zaman maşını icad edir. Onun saysız eksperimentləri nəticəsində bir gün maşın tüstüləyir və partlayış baş verir. Şurik özündən gedir. Şurikin arvadı olan kinoaktrisa Zina ondan ayrılacağını deyir. O, yeni sevgilisi – kinorejissor Yakinlə birgə səyahətə gedir. Bu zaman oğru-residivist Corc Miloslavski Şurikin qonşusu diş həkimi Anton Şpakın mənzilinə soxularaq onu qarət edir. Onun təcrübələrindən təngə gəlmiş ev müdiri İvan Vasilyeviç Şurikə yenidən sakinlərin şikayətini çatdırır. Şurik İvan Vasilyeviçin iştirakı ilə öz zaman maşınını işə salır və bu zaman Şurikin və Şpakın mənzilləri arasında olan divar yoxa çıxır. Təəccüblənmiş Miloslavski Şurikin mənzilinə keçir. Şurik zaman maşınının gücünü artırır və qarşıda çar sarayı peyda olur. Taxt-tacın sahibi İvan Qroznı və onun mirzəsi Feofan görünürlər. Şurikin bu təcrübəsi nəticəsində İvan Vasilyeviç Bunşa və oğru keçmişə gedir, İvan Vasilyeviç Qroznı isə Şurikin mənzilinə düşür. Hər şey bir-birinə qarışır...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar