Vladimir Etuş

Vladimir Etuş

Aktyor

BİOQRAFİYA
Vladimir Etuş 6 may 1922-ci ildə Moskvada (Rusiya) yəhudi ailəsində anadan olub. Lakin sənəddə, rəsmi olaraq, 1923-cü il kimi yazılıb. Böyük Vətən müharibəsi illərində Vladimir Etuş cəbhədə zabit olub. 1943-cü ildr Ukrayna cəbhəsində ağır yaralanıb. 1945-ci ildə V.Etuş Teatr məktəbini bitirir və Yevgeni Vaxtanqov adına Moskva teatrında çalışmağa başlayır. Getdikcə əsas aktyorlardan birinə çevrilir. Aktyor kino fəaliyyətinə 1953-cü ildə Mixail Rommun "Admiral Uşakov" tarixi filmində çəkilməklə başlayıb. Vladimir Etuş kəskin xarakterli və komik rolların mahir ifaçısı olub. Geniş tamaşaçı kütləsi onu daha çox məşhur rejissor Leonid Qaydayın "Qafqaz əsiri və ya Şurikin yeni macəraları", "12 stul", "İvan Vasilyeviç peşəsini dəyişir" kimi komediyalarından tanınıb. 1945-ci ildən etibarən Vladimir Etuş fəal surətdə Şukin adına Teatr məktəbində müəllimliklə məşğul olub. 1976-cı ildə oranın professoru, 1987-ci ildə isə rektoru olub. 2009-2011-ci illərdə Rusiyada Mərkəzi aktyor evinin direktoru olub.

 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Vladimir_Etu%C5%9F

FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç