Natalya Kraçkovskaya

Natalya Kraçkovskaya

Aktrisa

BİOQRAFİYA
Natalya Kraçkovskaya 24 noyabr 1938-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində anadan olub. Orta məktəbi bitirəndən sonra sənədlərini Tarix-arxiv institutuna və eyni zamanda da Ümumrusiya Dövlət Kinematoqrafiya institutuna vermişdi. Aktrisalıq karyerası arzulasa da, anasının istəyi ilə arxivçi olmaq fikri vardı. Amma işin tərsliyindən onu maşın vurur və görmə qabiliyyəti azalır. Həkimlər ona oxumağı qadağan edirlər. Natalya Kraçkovskayanı kino üçün məşhur rejissor Leonid Qayday kəşf edib. Sonralar başqa rejissorların filmlərində çəkilsə də, o hər şeydən əvvəl “Qaydayın aktrisası” kimi tanınıb. Məhz "12 stul"a çəkiləndən sonra onun əsil karyerası başlayıb. Deyirlər ki, Qayday səs operatoru Kraçkovskinin arvadına oxşayan - vətəndaş Qraçaçuyeva roluna çəkilmək üçün aktrisa axtarırdı. Beləcə, əvəzolunmaz xarakterlər aktrisası meydana çıxır. "12 stul"dakı unudulmaz rolundan sonra o, "İvan Vasilyeviç peşəsini dəyişir" və "Ola bilməz" filmlərində çəkilir. "Peterburqdan uydurma" və Qaydayın sonuncu ekran əsələrindən olan "Şəxsi dedektiv və ya Kooperasiya əməliyyatı" və sair filmlərdə rol alır. Aktrisa müsahibələrində deyirdi ki, digər rejissorlar onu öz filmlərinə kifayət qədər həvəssiz dəvət edir və "Sən axı, Qaydayın aktrisasısan" deyirmişlər. Ancaq Kraçkovskayanın unikal fakturası onun təkrarsız rollar oynaması üçün kifayət edirdi. O, həmçinin "Pokrovski darvazaları" və "Görüş yerini dəyişmək olmaz" filmlərində də çəkilib. Natalya Kraçkovskaya 3 mart 2016-cı ildə vəfat edib.

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:
https://az.wikipedia.org/wiki/Natalya_Kra%C3%A7kovskaya
FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç