Saveli Kramarov

Saveli Kramarov

Aktyor

BİOQRAFİYA

Saveli Viktoroviç Kramarov 13 oktyabr 1934-cü ildə Moskvada (Rusiya) yəhudi ailəsində anadan olub. Atası Viktor Savelyeviç Kramarovdur. 1951-ci ildə sürgündə olarkən intihar edib. Anası Benedikta Solomonovna Volçek ərindən bir il əvvəl xərçəngdən dünyasını dəyişib. Yetim qalan Saveliyi öz himayəsinə Lvovda yaşayan əmisi götürüb. Orta məktəbi bitirdikdən sonra teatr institutuna daxil olmağa çalışıb, ancaq imtihanlardan keçə bilməyib. Təhsilini davam etdirmək üçün Moskva Meşə-Texniki İnstitutunun yaşıllaşdırma fakültəsinə qəbul olub. Faktiki olaraq üç dəfə evli olub. İlk həyat yoldaşı Teatr İncəsənət İnstitutunda onunla birgə təhsil almış tələbə Lyudmila olub. Ancaq bu nikahın ömrü uzun çəkməyib. Sonradan memar Mariya Şatinski ilə görüşüb. Onunla vətəndaş nikahı 13 il sürüb. Onların qızı körpə yaşında vəfat edib. Maşa ilə bağlı xatirələrində Kramarov onun çox yaxşı həyat yoldaşı olduğunu və qarşısında günahkar olduğunu bildirmişdi. 1986-cı ildə ikinci dəfə (Marina Zborovskaya ilə) ailə qurub. Bu nikahdan Batia Beverli Kramarov (1988) adlı qızı olub. Qızının bir yaşında Marina qızı ilə Las-Veqasa köçüb. Sonuncu həyat yoldaşı ondan 21 yaş kiçik olmuş Natalya Siradze olub. Onunla 1994-cü ildə evləniblər. Nikah onun ölümünə qədər, cəmi yarım il davam edib. Aktyor 6 iyun 1995-ci ildə San-Fransiskoda (ABŞ) vəfat edib. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://ru.wikipedia.org/wiki/%D0%9A%D1%80%D0%B0%D0%BC%D0%B0%D1%80%D0%BE%D0%B2,_%D0%A1%D0%B0%D0%B2%D0%B5%D0%BB%D0%B8%D0%B9_%D0%92%D0%B8%D0%BA%D1%82%D0%BE%D1%80%D0%BE%D0%B2%D0%B8%D1%8
7


FİLMOQRAFİYA
Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç