Leonid Kuravlyov

Leonid Kuravlyov

Aktyor

BİOQRAFİYA

Leonid Vyaçeslavoviç Kuravlyov – sovet və rusiya kino aktyorudur. 8 oktyabr 1936-cı ildə Moskvada çilingər ailəsində anadan olub. Anası saç ustası olub. 1941-ci ildə anası saxta ittihamla şimala - Murmansk vilayətinə sürgün edilib. Oğlu Leonidlə birlikdə bir neçə il İmandra gölünün sahilində yaşayıb. Leonid məktəbli olarkən dərslərini o qədər də yaxşı oxumayıb. Dəqiq elmləri, o cümlədən riyaziyyat, kimya və fizikanı mənimsəməkdə çətinlik çəkib. Kuravlyov sonradan verdiyi müsahibələrin birində məhz bu amilin onun peşə seçiminə təsir göstərdiyini bildirib. Yaxın qohumu ona zarafatyana sənədlərini Ümumrusiya Dövlət Kino İncəsənət İnstitutuna təqdim etməyi təklif edir. 1953-cü ildə onun ilk cəhdi uğursuzluqla nəticələnir. İşsiz-gücsüz qalmamaq üçün “Optik” artelində (Moskva) işə düzəlir. Növbəti dəfə qəbul imtahanında 1955-ci ildə iştirak edir. Bu cəhdi uğurlu olur və bütün imtahanlardan keçərək ali təhsil ocağının aktyorluq bölməsinə qəbul olunur. Svetlana Drujinina, Sofiko Çiaurelinin qrup yoldaşı olub. Kino İnstitutunu 1960-cı ildə bitirib. Həyat yoldaşı Nina Vasilyevna ilə 1960-cı ildə ailə qurub. Nina ingilis dili müəlliməsi olub, bir müddət məktəb direktoru işləyib. Onlar Ninanın ölümünə qədər (2012-ci ilə qədər) 52 il ömür-gün yoldaşı olublar. Həyat yoldaşını çox sevən Leonid onunla 16 yaşında tanış olub (həmin vaxt Ninanın 13 yaşı olub). Ninanın ölümündən sonra Leonid Kuravlyov faktiki olaraq ictimaiyyət qarşısına çıxmır, mətbuata nadir hallarda müsahibə verir. Cütlüyün bir qızı, bir oğlu var. 

Ətraflı məlumat üçün aşağıdakı linkə basın:

https://az.wikipedia.org/wiki/Leonid_Kuravlyov

FİLMOQRAFİYA
Rollarda
Baş Rollarda
Rəy bildirmək üçün Giriş et və ya Qeydiyyatdan keç