Türkiyədə 1999-cu ildə avqustun 17-də baş vermiş dağıdıcı zəlzələdən sonra minlərlə insan evsiz qalır. Böyük fəlakətdən sonra irimiqyaslı bərpa işlərinin başlanılması üçün hökumətin külli miqdarda maddi vəsaitə ehtiyacı yaranır. Çıxış yolu kimi ölkədə yeni, müvəqqəti xarakterli qanun qəbul olunur. Hərbi mükəlləfiyyəti olan, yetkinlik yaşına çatmış Türkiyə vətəndaşı müəyyən məbləğdə pul ödəməklə (həmin vəsait bərpa işlərinə ayrılır) 18 aylıq həqiqi hərbi xidmət əvəzinə cəmi 28 gün xidmət çəkir. Çoxlu insanlar, məşhurlar, biznesmenlər, şoubiznes ulduzları bu əlverişli fürsətdən istifadə etmək qərarına gəlir. “Ekspress” hərbi xidmət keçəcək çağırışçılar arasında zəlzələdə bütün ailəsini itirmiş bir gənc də var. Onun heç bir ödəniş etmədən "28 günlük əsgərlik" keçməsinə icazə veriblər. Həmin cavan əsgər yoldaşlarından çox seçilir...
Film və serialları Azərbaycan dilində dublyajda izləyin, 720p və Full HD keyfiyyətdə Azərbaycanca dublyajda film və seriallar